Elvin oyunda yerə yıxıldı, azarkeş onunla şəkil çəkdirdi Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Qarabağ”ın əsas heyətindən kənarlaşdırılaraq əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyevin oyunda başına maraqlı hadisə gəlib.
“Qafqazinfo” xəbər verir ki, sözügedən hadisə Əvəzedicilər Liqasının 24-cü turu çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” matçında (5:1) yaşanıb.
Belə ki, Ağdam təmsilçisinin böyükhesablı qələbəsində qollardan birinin müəllifi olan təcrübəli futbolçu rəqib komandanın hücumu zamanı qapı qarşısında mübarizə apararkən yerə yıxılıb. Elə bu an azarkeşlərdən biri fürsətdən istifadə edərək meydana daxil olub. O, yerdə uzanan Elvinə yaxınlaşaraq onunla şəkil çəkdirmək istəyib. Hadisənin oyunun gedişatında baş verməsi isə həm futbolçuları, həm də azarkeşləri təəccübləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 May 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















