Icma.az
close
up
RU
Elvin Yunuszadə: Hər an hər şeyə hazır olmaq lazımdır

Elvin Yunuszadə: Hər an hər şeyə hazır olmaq lazımdır

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Qəbələ"nin futbolçusu Elvin Yunuszadənin Sport24.az-a müsahibəsi

- I Liqanın 22-ci turunda səfərdə "İmişli" ilə üz-üzə gələcəksiniz. Oyunla bağlı nə deyə bilərsən?

- Bu səfər hər bir komanda üçün çətindir. Bizim üçün də elə olacaq. Bunu bilirik. Məhz buna uyğun da hazırlaşmışıq. Rəqib çempionatda favorit, ən yaxşı komandalardan biridir. Güclü heyətə malikdirlər. Bilirəm ki, azarkeşlərimizi çox maraqlı qarşılaşma gözləyirik.

- Qələbə qazansanız, digər nəticələrdən aslı olmayaraq çempionluğu rəsmiləşdirəcəksiniz. Buna köklənmisinizmi?

- Əlbəttə. İstədiyimiz nəticəni əldə edib çempionluğu rəsmiləşdirmək niyyətindəyik. Amma bu, futboldur. Hər an hər şeyə hazır olmaq lazımdır. Əlimizdən gələndən daha çoxunu etməyə çalışacağıq. 


- Mövsümü çempion kimi bitirdikdən sonra I Liqanı məğlubiyyətsiz başa vurmaq istəyirsinizmi?

- Hər şeydən əvvəl bizim qarşımıza qoyulan məqsədlər var. İlk məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaq, çempion olmaq idi. Bunlarla birlikdə mövsümü məğlubiyyətsiz başa vurmaq bizim özümüz üçün də xoş olar. Amma hər şeydən qabaq yuxarı səviyyəni düşünməli, ona uyğun futbol oynamalıyıq. Yuxarı səviyyə deyəndə Premyer Liqanı nəzərdə tuturam. 


- Növbəti mövsüm Premyer Liqada çıxış edəcəksiniz. İddialı "Qəbələ" görə biləcəyikmi?

- Bəli. "Qəbələ" həmişə ölkə futboluna rəng qatıb. Çempionatdakı vacib, ən iddialı komandalardan biri olub. Avrokubokların qrup mərhələlərində çıxış edib, çempionluq uğrunda mübarizə də aparıb, ölkə kubokunu da qazanıb. "Qəbələ" Premyer Liqada çıxış etdiyi il iddialı olacaq. 


- Özün necə növbəti komandada qalmaq istəyirsənmi?

- Əlbəttə. "Qəbələ" kimi komandada yer almaq mənim üçün də xoş olar. 


- Bu barədə rəhbərliklə danışıq olubmu?

- İlk olaraq qarşımıza qoyulan məqsədə çatmaq istəyirik. Çempionatı başa vurduqdan sonra oturub danışmağa vaxtımız da olacaq. Düşünürəm ki, hər şey müsbət yöndə yekunlaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sport24.az
archiveBu xəbər 18 Aprel 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri