Elvin Yunuszadə: Məncə, ədalətli nəticə heç heçə idi
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Düşünürəm ki, səfərdə bir xal pis nəticə deyil". Bu sözləri Sport24.az-a açıqlamasında "Karvan-Yevlax"ın futbolçusu Elvin Yunuszadə deyib.
Təcrübəli müdafiəçi komandasının ötən gün səfərdə "İmişli" ilə heç-heçə etdiyi oyunu şərh edib:
"Qalib də gələ bilərdik. Bunun üçün şansımız var idi. Rəqibin də üç xal qazanmaq üçün imkanları oldu. Bu cür oyunlarda hər cür nəticə qeydə alına bilər, qırılma nöqtələri olur. Kim əlinə düşən fürsətdən yararlanırsa, istəyinə çatır, qalib gəlir. Məncə, ədalətli nəticə heç-heçə idi. Artıq bu görüşü unutmalıyıq. Qarşıdakı matça hazırlaşacağıq. Düşünürəm ki, "İmişli" ilə görüşdə yaxşı mübarizə apardıq. Meydan amili də rol oynadı. Hamımız ikiqat güc sərf etdik".
Qeyd edək ki, "İmişli" - "Karvan-Yevlax" matçı 1:1 hesabı ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















