Icma.az
close
up
RU
Elvini gecə həyatına görə karyerasını məhv etməyə qoymayaq...

Elvini gecə həyatına görə karyerasını məhv etməyə qoymayaq...

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir neçə gündür mediada “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin əsas komandadan qovulması ilə bağlı müxtəlif versiyalar irəli atılır. Futbolçunun gecə həyatına görə Qurban Qurbanov tərəfindən cəzaya məruz qaldığı bildirilir. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Cəfərquliyev həqiqətən gecə həyatına aludə olub və karyerasına zərbə vurub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dəfələrlə 25 yaşlı oyunçuya xəbərdarlıq etsə də, futbolçu buna məhəl qoymayıb. Maraqlısı budur ki, Elvin demək olar ki, məşqlərdən sonra vaxtının çoxunu gecə əyləncəsinə həsr edir. 

Bir neçə ay öncə Cəfərquliyev “Qafqazinfo”ya müsahibəsində Qurban Qurbanovun ona ciddi xəbərdarlıq etdiyini və vəziyyətin dəyişməyəcəyi halda komandadan göndəriləcəyini dediyini bildirmişdi. Futbolçu artıq sakitləşəcəyini və fikrini karyerasına yönəldəcəyini desə də, buna əməl etməyib. 

“Qarabağ”ın vacib “Şamaxı” ilə matçda 0:0-lıq heç-heçə edib çempionluq yolunda ağır zərbə alması və Elvinin bu matçda zəif oynaması Qurbanovun səbrini daşırıb. Həmin qarşılaşmada isə təkcə Elvin yox, digər oyunçular da potensialından aşağı çıxış edib. Uzun müddət sonra start heyətdə oyuna çıxan Abbas Hüseynovun da performansının aşağı olması onu baş məşqçinin qəzəbinə tuş gətirib. 

“Şamaxı” ilə matçdan sonra “Qarabağ” çempionluğun taleyini həll edəcək qarşılaşmada “Sabah”la üz-üzə gələcəkdi. Bu mövsümün oyunundan əvvəl isə Elvin və Abbas yenidən gecə həyatına atılıb. Onların şəhərin bahalı restoranlarından birində gecə əyləncəsinə qatıldıqları və orada spirtli içki qəbul etdikləri məlum olub.  Bu isə Q.Qurbanovu özündən çıxarıb və hər iki futbolçunu əvəzedici heyətə göndərib. Böyük ehtimalla onların heç biri əsas komandaya qaytarılmayacaq və satılacaq. 

“Qarabağ”ın sabiq futbolçularından birinin bizə verdiyi məlumata görə, futbolçuların gecə əyləncəsinə aludə olması Qurban Qurbanovun heç sevmədiyi şeydir. O, vaxtikən özünün də, digər komanda yoldaşlarının da buna görə cəzalandığını bildirib. O qeyd edib ki, Q.Qurbanov yalnız bir neçə ay ərzində 1-2 dəfə bu cür əyləncələrə qatılmağa icazə verir. 

Digər məqam isə ondan ibarətdir ki, E.Cəfərquliyev təkcə indi deyil, Çempionlar Liqasında vacib oyunlardan birindən öncə də gecə əyləncəsinə qatıldığı üçün problemlə üzləşib. Hətta, həmin vaxt da Q.Qurbanov onu komandadan qovmaq istəyib. Lakin ciddi xəbərdarlıqdan sonra futbolçuya güzəşt edilib. Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasında “Kopenhagen”lə matçdan sonra maraqlı açıqlama vermişdi. O, Elvinə bel bağlamaq olmaz deyərək futbolçunun intizamsızlığına işarə vurmuşdu.

Elvin Cəfərquliyev elə bizə müsahibəsində demişdi ki, mən futbolu buraxıb ofisiant işləyirdim, Rəşad Sadıqov məni yenifən futbola qaytardı. O, keçmişdə yaşadığı çətin günləri, çəkdiyi əziyyətləri unutmur. Bunu dilə gətirirsə, yenidən həmin günlərini yada salıb, intizamını düzəldib futbola tam məsuliyyətlə yanaşacağına inanırıq. 

Hazırda E.Cəfərquliyevlə Qurban Qurbanov arasında münasibətlər getdikcə daha da pisləşir. Belə ki, “Qarabağ” Azərbaycan kubokunun yarımfinalında “Sabah”a uduzduqdan sonra 25 yaşlı oyunçunun instaqramda etdiyi paylaşım diqqətçəkməyə bilməzdi. Məşq salonundan foto paylaşan oyunçu sanki “Qarabağ”ın məğlubiyyətində onun meydanda olmamasının rolunu vurğulamaq istəyirdi. 

Onun ardınca “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin “Kimin kim olduğunu bildik” paylaşımı da müzakirələrə səbəb oldu. Bəziləri təcrübəli qapıçının “Sabah”la matçının hakimlərinə söz atdığını, bəziləri isə bunun Elvin Cəfərquliyevə ünvanlandığını bildirdi. 

Elvin Cəfərquliyev son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən istedadlı oyunçulardan biridir. Həm “Qarabağ”dakı, həm millidəki oyunu ilə diqqətləri üzərinə çəkə bildi. Dəqiq faktlar olmasa da, futbolçuya Avropadan müxtəlif təkliflər gəldiyini güman etmək olar. Çünki E.Cəfərquliyevin “Qarabağ”da adlı-sanlı rəqiblərə qarşı oyunu üst səviyyədə idi. Amma intizamsızlığı onu uçuruma apara bilər. Biz Azərbaycan futbolunda bu cür hadisələrə çox şahidlik etmişik. Vaxtilə Təmkin Xəlilzadə kimi istedad futbolumuzun gündəmində idi. Amma onun da intizam problemi futbolçunu uçuruma apardı. Bu cür misallar çox çəkmək olar. 

E.Cəfərquliyevin adı “Neftçi” ilə hallansa da, onun menecerinin dediyinə görə xarici klublara getmək ehtimalı böyükdür. “Qarabağ”la müqaviləsi davam edən futbolçu Ağdam klubuna da pul qazandıra bilər. Mövsüm başa çatdıqdan sonra isə nə baş verəcəyini görəcəyik. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see343

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see292

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see288

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see279

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see274

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see264

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see259

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see257

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see251

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see245

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see235

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see227

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see216

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see200

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see199

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see197

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see193

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see192

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see192

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri