Elvis Presli ilə 3 filmdə çəkilən aktrisa vəfat etdi
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Amerikalı aktrisa Şelli Fabares vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 82 yaşında Los-Ancelesdə yaxınlarının əhatəsində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Şelli “The Donna Reed Show” və “Coach” seriallarındakı rolları ilə tanınıb. 50 ildən çox davam edən karyerası ərzində Şelli Elvis Presli ilə üç filmdə rol alıb. 1962-ci ildə ifa etdiyi “Johnny Angel” mahnısı “Billboard Hot 100” siyahısında birinci pilləyə yüksəlib.
Aktrisa “One Day at a Time”, “Police Story”, “The Rockford Files” və “Barnaby Jones” kimi ekran işlərində də çəkilib. O, “Coach” serialında səkkiz mövsüm ərzində rol alıb.
Fabares həmçinin “Superman: The Animated Series” və “Justice League” layihələrində Martha Kent obrazını səsləndirib. Uzun illər Aktyorlar Gildiyasının fəaliyyətində də iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 24 Avqust 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















