Elxan Abdullayev: Azərbaycan xalqı “Qarabağ”a görə qürur hissi yaşayır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 28 avqust, AZƏRTAC
“Qarabağ” ilk matçda “Ferensvaroş”u iki top fərqi ilə məğlub etsə də, Bakıdakı oyunun çətin olacağını gözlənilirdi. Çünki rəqib təslim olmaq istəmirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Macarıstanın “Ferensvaroş” komandasını 5:4 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlməsi barədə danışarkən deyib.
O, Ağdam klubunun evdə məğlub olmasına baxmayaraq, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasının böyük uğur olduğunu bildirib: “Qurban Qurbanov və komandası üçün nəticə önəmli idi. Rəqib son dəqiqələrdə daha təhlükəli idi. Qapıçımız Mateuş Koxalskiyə də alqış düşür. O, bir neçə dəfə yaxşı qurtarışlar etdi. Hazırda Azərbayacan xalqı qürur hissi yaşayır. Ölkəmizin təmsilçisinin Avropanın ən böyük klub turnirin əsas mərhələsində olması möhtəşəmdir”.
Veteran futbolçu Liqa mərhələsində hansı komanda ilə qarşılaşmağın vacib olmadığını söyləyib: “Çünki orada olan bütün komandalar güclüdür. “Qarabağ”ın da onlarla üz-üzə gəlməsi və Bakıya gətirməsi fəxr olunacaq məqamdır”.
Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi baş tutacaq. Bakı vaxtı ilə saat 20:00-da Fransanın Monako şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri bəlli olacaq. Ağdam klubu IV səbətdə yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 28 Avqust 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















