Elza Seyidcahan bu şəxslərin borcunu ödəyəcək ÖZÜ DANIŞDI
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi üzvlük haqqı borclarına görə yeni tədbir görür.
Bakıvaxtı.az-ın məlumatına görə, Birlik həmin şəxslərin əlifba sırası ilə adlı siyahısını tərtib edib. Siyahı dövrü mətbuatda dərc olunub.
Məlumata görə, 2026-cı il fevralın 1-dək üzvlük haqqı borclarını ödəməyən şəxslər AYB-dən xaric ediləcək.
Qeyd edək ki, quruma üzvlük haqqı illik 15 manatdır.
AYB üzvlüyü və üzvlük haqqı borcları ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Elza Seyidcahan bildirib ki, borcları ödəmək lazımdır:
"Ümumi nə qədər borc edirsə, mən ödəyərəm, ödəməyənlərin yerinə. Məndən onlara 2026-cı ilə hədiyyə olsun. Şükür Allaha, şeirlərim ruzilidir".
Elza Seyidcahan xoşbəxt şair olduğunu qeyd edib:
"Mənə nəsib olub ki, tarix yazan, canlı əfsanə olan, böyük yazıçımız, sədirimiz Anar Rzayev dövründə Yazıçılar Birliyinin üzvü seçilmişəm".
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 13 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















