Icma.az
close
up
RU
Elza Seyidcahanın metroda çıxışı müzakirə mövzusu oldu RƏY

Elza Seyidcahanın metroda çıxışı müzakirə mövzusu oldu RƏY

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Psixoloq Fərqanə Mehmanqızı sərnişinlərin sükut haqqını müdafiə etdi


“Biz mədəni bir ölkədə, dünyaya örnək ola biləcək paytaxt şəhər sakinləriyiksə, etik davranış normalarını da bilməli və riayət etməliyik”


Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr maraqlı fləş-moba imza atıblar. Gənclər London metrosunda bir stansiyadan digərinə keçidlər edərkən Azərbaycan xalq mahnılarını səsləndiriblər. Tələbələrin fləş-mobu sosial şəbəkələrdə yayılıb. Bəyənənlər çox olub. Xüsusi nəzərə çarpansa budur ki, belə bir davranış sərnişinlər tərəfindən də maraqla və xoş qarşılanır. Bunu sərnişinlərin üzündəki təbəssümdən görmək mümkündür. Oxşar hal Bakı Metropolitenində də yaşanıb. Amma bir qədər fərqli formada. Çünki bunu edən də hamıdan, hər kəsdən fərqlənməyə çalışan və nail də olan müğənni-bəstəkar Elza Seydcahandır. Xanım müğənni əlində mikrofon düşüb metronun “canına”, vaqonda o baş bu başa var-gəl edə-edə uca səslə mahnı ifa edib. Müşayiət edənləri də olub. Bu video da sosial platformada yayılıb. Lakin metro sərnişinlərinin qırımından görünür ki, Elza xanımın “konserti”ndən heç də xoş hal-filan deyillər. Yəqin, ifanı başa düşməyiblər. Elza xanım çətin, sirli-müəmmalı, “futurist” ifaçıdır axı!..

Məsələ kiminsə ictimai yerdə mahnı ifa etməsində deyil. Paytaxtda küçə musiqiçiləri dəbi çoxdan var. Vaxtaşırı gəncləri də, yaşlı insanları da səkidə, yeraltı keçidlərdə hansısa musiqi alətində ifa edən görürük. Amma bu yerlər açıq məkanlardır. İnsanlar ötüb keçir, bəyənən dayanıb qulaq asır, üstəlik, nəmər də verir. Məsələ ictimai nəqliyyatdırsa, vəziyyət dəyişir. Elza xanımın ifasına qulaq asmaq istəməyən varsa, neyləməlidir? Gedəcəyi ünvana çatmamış vaqonu vaxtından əvvəl tərk etməlidir? Belə bir “konsertə” icazə verənlər Elza Seyidcahanın ifasının sərnişinləri narahat edə biləcəyini də düşünməli idi. Metropoliten çəkilişlərə, kamera görüntülərinin alınmasına və həmçinin ucadan danışığın, səs-küyün olmasına qadağa qoyulmuş nəqliyyat növüdür. Deməli, rəhbərlik Elza Seyidcahana metro vaqonunu seyrəngah edib mahnı səsləndirməsinə icazə verib.


Psixoloq Fərqanə Mehmanqızı Sherg.az-a açıqlamasında qeyd etdi ki, şəhərdə səs-küyün zatən geniş yayıldığı bir vaxtda insanların sakitliyini əlavə vasitələrlə pozmaq, sərnişinləri narahat etmək etik normalara sığmır:


- Bəzən görürük ki, avtobus, taksi sürücüsü hansısa mahnı səsləndirir, sərnişinsə buna etiraz edir. Sərnişin haqlıdır, sürücü ictimai nəqliyyat idarə edirsə, sərnişinin – ictimaiyyətin fikrini, mövqeyini öyrənməli, buna müvafiq hərəkət etməlidir. Biri meyxanaya qulaq asır, biri estrada mahnısına, birisi jarqonlarla dolu ara, küçə mahnılarına. Sərnişin bunları dinləmək zorundadır? Xeyr. İnsanlar sakitlik, rahatlıq istəyir. Zatən, həyat şərtləri ağırdır. Hər tərəfdə stress, həyəcan, səs-küy. Bir tərəfdən kiminsə musiqinin səsini ucaltması insanları qıcıqlandırır. Şəxsi avtomobilində kim hansı musiqiyə istəsə, qulaq asa bilər, kimsə də ona irad bildirə bilməz. Amma bu musiqi avtomobilin pəncərəsindən küçəyə axırsa, artıq ətrafdakı insanları narahat edə bilər. Məncə, yol polisi bu cür halları qayda pozuntusu hesab edir və belə sürücülər inzibati qaydada cəzalanırlar. Bu, avtobus, taksi sürücülərinə, o cümlədən şadlıq evlərinə, restoranlara, insanlara da aiddir. Restoran sahibləri musiqinin səsini icazə verilən həddə qədər ucalda bilər. Adi insanlar da ətrafdakılara qarşı həssas və hörmətlə davranmalıdırlar. Mənzildə musiqi səsləndirən şəxs bunun digər insanları, qonşuları narahat edə biləcəyini düşünməlidir. Biz mədəni bir ölkədə, dünyaya örnək ola biləcək paytaxt şəhər sakinləriyiksə, etik davranış  normalarını da bilməli və riayət etməliyik.


Elza Seyidcahanın metroda “konsert” verməsinə gəlincə, psixoloq, bəlkə də, müğənninin Londondakı azərbaycanlı gənclərdən nümunə götürdüyünü, lakin bunun o qədər də yerinə düşmədiyini dedi:

- Londonda gənclərimiz belə bir fləş-mob keçiribsə, bu, ölkəmizin, mədəniyyətimizin tanıdılması məqsədi daşıyır, Elza xanım isə özünü tanıtmağa çalışır, hərçənd buna onun ehtiyacı yoxdur. Sadəcə, fərqlənməyə çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri