Elzar Ağayevin qızı Avropanın məşhur universitetinə qəbul oldu
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri Elzar Ağayevin qızı Nərgiz Ağayeva Belçikanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Brüssel Azad Universitetinə (ULB) qəbul olub.
Modern.az xəbər verir ki, bu barədə Elzar Ağayev sosial media hesabında paylaşım edib.
“Bu qız mənə dünyaları bağışladı… Nərgizim Belçikanın ən nüfuzlu universitetlərindən olan ULB-nin (Université libre de Bruxelles) iqtisadi elmlər fakültəsində (fransızca) bakalavr təhsili alacaq. Övladlarımız hər zaman bizi sevindirsin...” - deyə Elzar Ağayev qeyd edib.
Qeyd edək ki, Elzar Ağayev jurnalistika sahəsində 23 ildən artıq təcrübəyə sahibdir. O, 20 ildən artıq Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrinin, əsasən də “AzTV”nin Yaxın Şərq, Ərəb ölkələri, Rusiya Federasiyası və bir sıra Avropa ölkərində nümayəndəsi kimi fəaliyyət göstərib. O, 2026-cı ilin iyulunda Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya Departamentinin müdiri vəzifəsinə təyin edilib. O, bundan əvvəl 20 ildən artıq müddətdə Azərbaycanın müxtəlif media qurumlarında fəaliyyət göstərib.
Baxış sayı:124
Bu xəbər 08 Sentyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















