Icma.az
close
up
RU
Əmanətinizi hansı banka yerləşdirərsiniz?.. İqtisadçılar CAVAB VERDİLƏR

Əmanətinizi hansı banka yerləşdirərsiniz?.. İqtisadçılar CAVAB VERDİLƏR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əmanət yerləşdirmək istəyən vətəndaş bank seçimi edərkən ilk növbədə maliyyə təhlükəsizliyi, faiz dərəcələri ilə bağlı araşdırma aparmalı olur. Banka olan güvən əsasən onun maliyyə sabitliyi, şəffaf fəaliyyəti, müştəri etibarı, faiz dərcələrinin hesablanmasından asılıdır.

Bəs hazırda etibarlı banklar hansılardı? Əmanət qoymaq istəsəydiniz, hansı bankı seçərdiniz?
Modern.az saytı bu suallarla bir neçə iqtisadçı ekspertə müraciət edib
Xalid Kərimli bildirib ki, lisenziyası olan və Əmanətlərin Sığortalanması Fondunun üzvü olan istənilən banka 100 min manatadək və illik 12%-ə qədər gəlirlə depozit yerləşdirərdi. Onun sözlərinə görə, həmin məbləğə qədər olan əmanətlər sığortalandığı üçün risk dövlət tərəfindən öhdələnir:

“Əgər əmanətimi xarici valyutada yerləşdirmək istəsəm, yenə də 100 min manat ekvivalentində və təxminən 2.5% illik gəlirlə məhdudlaşardım.

100 min manatdan yuxarı məbləğdə depozit yerləşdirmək niyyətində olsaydım, artıq bankların maliyyə göstəricilərinə və ümumi etibarlılığına daha dərindən baxardım. Bu zaman xüsusilə Mərkəzi Bankın "İlk 10-luğ"una daxil olan banklara üstünlük verərdim”.

O həmçinin qeyd edib ki, heç bir bankın müflisləşməsi qanunla qadağan olunmur:

“Yəni istənilən bank, hətta iri banklar da müflis ola bilər. Ancaq "sistem əhəmiyyətli" banklar, yəni maliyyə sektorunda xüsusi çəkiyə malik olan ilk 4 böyük bank bu baxımdan daha etibarlıdır. Xüsusilə ilk 3-lükdə olan bankların dövlət tərəfindən daha çox dəstək aldığı məlumdur. Çünki bu banklar təkcə öz müştərilərinə görə yox, bütövlükdə maliyyə sisteminin sabitliyi üçün önəmlidir və onların problemləri birbaşa ölkə iqtisadiyyatına təsir edə bilər.

Bundan əlavə, dövlət bankı da xüsusi etimad yaradır. Hərçənd ki, dövlət bankın öhdəliklərinə birbaşa cavabdeh olmasa da, dövlətin bu bankda nüfuzu və təsiri olduğuna görə, burada risk nisbətən daha az görünə bilər”.


Ruslan Atakişiyev deyib ki, əmanəti olsaydı Azərbaycandakı banklara pul qoymazdı:

“Çünki, onlar faizlə işləyir. İslam maliyyə prinsiplərinə zidd olduğu üçün onlara pul qoymaq haramdır”,- deyə o bildirib.

Eyyub Kərimli isə heç bir banka əmanət qoymaq istəmədiyini dilə gətirib:

“Yaxşı iqtisadçının pulu bankda yox, dövriyyədə olmalıdır. Bu, banklara güvənsizliklə bağlı deyil. Sadəcə olaraq, ölkəmizdə depozit faizləri kifayət qədər aşağıdır. Yaxşı iqtisadçı isə həmin vəsaitlə daha yüksək dividentlər əldə etməyin yollarını bilməlidir”.

Akif Nəsirli söyləyib ki, əgər əmanət yerləşdirməli olsaydı, onu Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı (ABB), Paşa Bank və ya AccessBank-da yerləşdirərdi:

“Seçdiyim banka bir neçə əsas səbəbə görə güvənirəm. İlk növbədə, bankın uzun illərdir fəaliyyət göstərməsi və bazarda sabit mövqeyə sahib olması onun maliyyə baxımından etibarlı olduğunu göstərir. Eyni zamanda, ABB və Kapital Bank kimi dövlət dəstəyi olan və ya geniş müştəri bazasına malik banklara inam daha yüksək olur. Müasir texnologiyalarla xidmət göstərməsi, şəffaf əməliyyat qaydaları və rahat istifadə oluna bilən mobil tətbiqlərin mövcudluğu da seçimimə təsir edən vacib amillərdəndir. Eyni zamanda, bu banklarda yerləşdirilən əmanətlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunması da əmanətçilərə əlavə güvən verir”,- deyə iqtisadçı deyib.

Emin Qəribli isə nisbətən üstünlüyü Beynəlxalq Reytinq Təşkilatlarının dəyərləndirdiyi banklara verəcəyini vurğulayıb:

“Eyni zamanda, Azərbaycan Mərkəzi Bankının müəyyən tələbləri var ki, seçim zamanı məhz bu tələblərə daha çox cavab verən banklara üstünlük vermək məqsədəuyğundur. Hesab edirəm ki, konkret bank adını çəkmək doğru olmazdı, çünki müxtəlif banklar fərqli istiqamətlər üzrə güclü göstəricilərə malik ola bilərlər. Bu səbəbdən, həm beynəlxalq reytinqlərdə, həm də yerli tənzimləyici meyarlarda üstün olan banklar daha etibarlı seçim sayılır”,- deyə iqtisadçı əlavə edib.

“Mən bank depozitini ABB-ə yerləşdirərdim”,- iqtisadçı Elçin Məmmədov deyib. Ekspertin fikrincə, buna səbəb ABB-nin böyük və etibarlı bank olmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Avqust 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri