ƏMAS da yenilik: işəgötürənlər işçilərin əlillik məlumatlarını izləyə biləcəklər
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 aprel, AZƏRTAC
“Əmək və Məşğulluq” altsisteminə (ƏMAS) yeni funksionallıq əlavə edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yeniliyə əsasən, işəgötürənlər sistem üzərindən işçilərin əlilliyi ilə bağlı məlumatları siyahı formasında əldə edə biləcəklər. Bununla yanaşı, ƏMAS-ın “Statistik məlumatlar” altbölməsinə “Əlillik qrupları üzrə say” adlı yeni bölmə də əlavə olunub. Bu bölmə vasitəsilə orqanizmin funksiyalarının pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilərin sayı ilə bağlı ümumi statistik məlumatlar təqdim olunur.
Yeni funksionallıq işəgötürənlərə əlilliyi olan işçilərin sayını əlillik qrupları üzrə daha dəqiq və strukturlaşdırılmış formada izləməyə imkan verəcək. Bu da müəssisələrdə inklüzivlik və sosial məsuliyyət prinsiplərinin daha effektiv şəkildə tətbiqinə şərait yaradır.
ƏMAS-da həyata keçirilən bu yenilik əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasını təşviq edir və inklüziv məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















