Icma.az
close
up
RU
Əmək bazarının tələblərinə uyğun peşələr

Əmək bazarının tələblərinə uyğun peşələr

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İmişlidə “PeşəFest-2025” layihəsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “PeşəFest-2025” layihəsi İmişli rayonunda keçirilib.

Festivalda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən peşə məktəbinin tələbələri, orta məktəblərin şagirdləri, ictimaiyyət nümayəndələri və müxtəlif peşələrə maraq göstərən rayon sakinləri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edənlər peşə təhsilinin inkişafı, dövlətin bu sahəyə göstərdiyi diqqət və gənclərin əmək bazarına hazırlıqlı şəkildə daxil olmalarının vacibliyi barədə danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu və Prezident Cənab İlham Əliyevin gənclərə, onların gələcəyinə, həmçinin əmək bazarının tələblərinə uyğun peşələrin inkişafına göstərdiyi diqqət və qayğı bu sahənin davamlı inkişafını təmin edir. Gənclər tərəfindən böyük maraqla qarşılanan “PeşəFest” tədbirlərinin bu sahədə, gənclərin müasir peşələrlə bağlı dolğun məlumat almalarına kömək göstərdiyi diqqətə çatdırılıb.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat veriblər. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini çatdırıb, yeniyetmələrin, onların valideynlərinin suallarını cavablandırıblar.

Festival iştirakçıları tərəfindən böyük maraq və fəallıqla qarşılanan festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.

İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Mikayıl NƏRİMANOĞLU,

XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri