Icma.az
close
up
RU
Əmək müqaviləsi bağlanan bu tələbələrə ödəniş ediləcək

Əmək müqaviləsi bağlanan bu tələbələrə ödəniş ediləcək

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tələbələrlə praktika dövründə əmək müqaviləsinin bağlanması nəzərdə tutulur. Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dünən keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər paketində öz əksini tapıb. Yeni dəyişikliklərə əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübə keçdikləri müddətdə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi ilə ölkə ərazisində əmək fəaliyyəti göstərdikdə, onlarla əmək müqaviləsi bağlanacaq.

Lakin tələbələrlə əmək müqaviləsi imzalanacağı təqdirdə, onlara bu fəaliyyətə görə hər hansı ödənişin verilib-verilməyəcəyi hələlik məlum deyil.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə sözügedən istiqəmətdə edilən dəyişikliyi mütərəqqi qiymətləndirib. Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, bu, işləyənlərin hüquqlarının daha geniş səpkidə qorunması üçün tətbiq edilən səmərəli bir modeldir.

“Təcrübəçilər və ya orada praktika keçən tələbələr son məhsulun və göstərilən xidmətin əldə olunmasında birbaşa iştirak edirlər. Onlar zəhmət çəkir, vaxt sərf edirlər. Bu baxımdan, onların əməyinin ödənilməsi olduqca vacibdir.

Digər tərəfdən, təcrübə keçən tələbələr istehsalat prosesinin içində iştirak edirlər. Ona görə də onların əmək təhlükəsizliyinin qorunması da bu müqavilədə öz əksini tapacaq. Hesab edirəm ki, bu dəyişiklik gənclərin istehsalat təcrübəsi keçməsinə marağını artırmaqla yanaşı, habelə təcrübəçilərin ödəniş olmadığı üçün təcrübədən imtina hallarını da minimuma endirəcək”.

Deputat həmçinin vurğulayıb ki, bu, imkan verəcək ki, son məhsulun əldə edilməsində iştirak edən hər bir kəs, həm əmək kollektivinin üzvləri, idarəedicilər, təcrübə keçənlər, tələbələr və ya qısa müddətlik əmək fəaliyyətində iştirak edənlər  zəhmətlərinə görə maddi baxımdan qiymətləndirilsin. Onun fikrincə, dünya praktikasında da belə modellər mövcuddur və Azərbaycan da bu təcrübələrin müasir şəraitdə tətbiqində maraqlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri