“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik ediləcək
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Fevralın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Musa Quliyev iclasda üç qanun layihəsinin müzakirə olunacağını söyləyib.
Newscenter.az xəbər verir ki, gündəliyin birinci məsələsini – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edən komitə sədri bildirib ki, dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi (SSN) verilərkən bu, elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) ilə əlaqələndirilir. Qeyd olunub ki, hazırda sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur.
Diqqətə çatdırılıb ki, qanun layihəsində sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bu dəyişiklik sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, habelə qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək.
Sonra Musa Quliyev növbəti məsələ – birinci oxunuşda olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.
Komitə sədri təqdim olunan sənəddə “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək, uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması məqsədilə bir sıra qanunvericilik aktlarında müvafiq dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.
Bildirilib ki, layihədə adı çəkilən “Sosial xidmət haqqında” Qanuna çətin həyat şəraitində olan uşaqların aşkarlanması ilə bağlı yeni 10-1-ci maddənin əlavə edilməsi təklif olunur. Dəyişikliyə əsasən, çətin həyat şəraitində olan uşaqların aşkarlanması bu Qanunun 7.1.1-ci maddəsində qeyd edilən əsaslar üzrə Ailə Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, bu Qanunun 7.1.2–7.1.8-ci və 7.1.10-cu maddələrində qeyd edilən əsaslar üzrə “Uşaq hüquqları haqqında” Qanuna uyğun olaraq uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiya tərəfindən həyata keçirilir.
Sənəddə bir sıra digər dəyişikliklər, o cümlədən uyğunlaşdırma xarakterli düzəlişlər də nəzərdə tutulub.
Onlayn iclasda, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda nəzərdən keçirilib. Komitə sədri bildirib ki, Məcəlləyə təklif olunan dəyişiklik minimum əmək haqqının müəyyənləşməsinin dövriliyinin təmin edilməsi ilə bağlıdır.
Təqdim olunan məsələlər ətrafında müzakirələrdə komitə üzvləri Nigar Məmmədova, Jalə Əliyeva, Vüqar Bayramov, Göydəniz Qəhrəmanov, Soltan Məmmədov, Sevinc Hüseynova, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, öz fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin yekununda qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə komitənin sədr müavini Elşad Musayev, üzvləri Bədəl Bədəlov, Əziz Ələkbərov, Ziyad Səmədzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Deputat: Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın
21 Yanvar 2026 14:42
“Əmək pensiyaları haqqında” qanun dəyişib
16 May 2025 12:24
Artıq əmək pensiyaları belə təyin ediləcək
06 Oktyabr 2025 10:32
“Əmək pensiyaları haqqında” qanuna son dəyişikliklər
21 İyun 2025 09:37
Əmək pensiyaları artırılacaq
19 Noyabr 2024 12:45
Baxış sayı:60
Bu xəbər 03 Fevral 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















