Icma.az
close
up
RU
Əmək qanunvericiliyində yeniliklər SİYAHI

Əmək qanunvericiliyində yeniliklər SİYAHI

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, həmin dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi və müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır.
Əmək Məcəlləsindəki anlayışlar sırasına “Ailə vəzifələri olan işçi” anlayışı daxil edilib. Bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qulluq, kömək göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək imkanları məhdud olan işçini nəzərdə tutur.

Ailə vəzifələri olan işçilərə əmək münasibətlərində güzəşt, imtiyaz və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilməyəcək. Növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən də işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları nəzərə alınacaq.
Yeni dəyişikliklərdən biri işçilər tərəfindən əmək funksiyasının elektron, proqram-texniki və s. vasitələrlə distant iş formasında yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasına xidmət edir. Bu məqsədlə Məcəlləyə “Məsafədən (distant) iş” anlayışı da daxil edilib. Distant işlə bağlı əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsi ilə müəyyən olunacaq.

Qanunvericilikdə “əmək müqaviləsinin ləğv edilməsi” “əmək müqaviləsinə xitam verilməsi” ifadəsi ilə əvəzlənib. Əmək və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsasları gücləndirilib. İşçi məzuniyyətdə olduğu müddət ərzində onun orta əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla saxlanılmasına dair Məcəllədə müvafiq tənzimləmə də aparılıb.
Digər yeni dəyişikliklər aşağıdakı kimidir:
İşçi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməsi;
Azı 46 təqvim günü əmək məzuniyyəti verilən işçilərin sırasına ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 20 Yanvar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər, Azərbaycan Respublikasının ən yüksək təltifinə layiq görülmüş işçilərin də daxil edilməsi;

Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddətinin doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılması və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsinin qısaldılmaması;

Uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsi;
Əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə davamlı itirməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməyən işçi ilə əmək müqaviləsinə fərdi reabilitasiya proqramına uyğun olaraq onun iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda xitam verilməsi;
Əsas iş yerində ezamiyyətə gedən işçiyə əlavə iş yerində, habelə əlavə iş yerində ezamiyyətə gedən işçiyə əsas iş yerində ezamiyyə müddəti qədər ödənişsiz məzuniyyət verilməsi;
İş yerlərində işçi sayı 50-dən az olduqda əməyin mühafizəsinin təşkilinin əməyin mühafizəsi üzrə bilikli işçilərdən birinin əmək funksiyasına daxil edilməsi, bu mümkün olmadıqda əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinin təsis edilməsi;
Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı 50-dən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinin təsis edilməsi;

İşəgötürənin vakansiya yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməsi;

Zərərli iş yerlərində, peşələrdə və yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilərin 3 ayda bir dəfədən, digər iş yerlərində ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılması və s. daxildir.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Yanvar 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri