Icma.az
close
up
RU
Əmək qəhrəmanı Tərlan Musayevanın ilk kitabı işıq üzü görüb

Əmək qəhrəmanı Tərlan Musayevanın ilk kitabı işıq üzü görüb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 aprel, AZƏRTAC

Əmək qəhrəmanı Tərlan Musayevanın ilk kitabı- “Ulu Öndərə mənəvi borcum” işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, xatirə kitabı Tərlan Musayevanın “Konstitusiya və Suverenlik İli” çərçivəsində və Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Ulu Öndərə böyük ehtiramının bariz nümunəsidir.

Kitab “Mirvarid Dilbazi Poeziya Məclsi” İctimai Birliyinin dəstəyi ilə nəşr olunub. Kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlı, məsləhətçisi birliyin sədri, “Kəlağayı ev muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlıdır. Kitab müəllifin 70 illik zəngin və mənalı ömrünə özünün bir baxış prizmasıdır.

“Ulu Öndərə mənəvi borcum” xatirələr kitabının ilk təqdimatı mayın 4-də Naxçıvan Muxtar Respublikası M.Səid Ordubadi adına kitabxanada, mayın 5-i Culfa Rayon Mədəniyyət Sarayında, mayın 8-də isə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Silsilə təqdimatlar bölgələrində də ilboyu davam edəcək.

Keçən əsrin 70-90-cı illərində halal zəhmətiylə hamımızın tanıdığı adlı-sanlı əmək qəhrəmanı kimi məşhurlaşan Tərlan Musayeva yarım əsrdən çoxdur ki, Vətənimizdə, nüfuz sahibi olan, əməyindən, uğurlarından, mənəvi məziyyətlərindən həddən artıq çox yazılan, danışılan Azərbaycan xanımıdır. Tərlan xanım 70 illik həyatında mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev dövrünü xatirələr işığında oxucularına təqdim edir. Bu kitab həm də Azərbaycan tarixinin son yarım əsrlik dövrünün ictimai-siyasi hadisələrini, Ümummilli Liderlə Tərlan Musayevanın müxtəlif illərdə görüşlərindən doğan təəssüratlarını, Ulu Öndərin ona atalıq qayğısını, ona güvəndiyini, Tərlan xanımın onun etimadını doğrultmaq üçün əməyə məsuliyyətini, dövlətin, dövlətçiliyin, Vətənin iqtisadi qüdrətinin gücləndirilməsi üçün çalışdığını çox maraqlı və yaddaqalan detallarla təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri