Əməkdar artist: 32 il sonra dostlarımı, Ağdamda bizə qatara bilet satan adaşımı gördüm
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu günü bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyir, Ali Baş Komandana təşəkkür edirik ki, bizim xalqımız qalib xalq oldu".
Bunu Oxu.Az-a açıqlamasında Əməkdar artist, xanəndə Cabir Abdullayev 32 ildən sonra Bakı-Ağdam sərnişin qatarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı təşkil edilən səfər çərçivəsində deyib.
"Uşaq vaxtı bu qatarda çox gedib-gəlmişəm. Xatirələrim çoxdur. Amma bu gün daha çox sevinirəm. Ona görə ki, Bakı-Ağdam sərnişinin qatarının fəaliyyəti bərpa olundu və bu, çox böyük xoşbəxtlikdir. Bu səfərdə dostlarımı, cəbhə yoldaşımı və işğaldan əvvəl 18 yaşında Ağdamda kassada işləyən, bizə qatara bilet satan adaşımı gördüm. 32 il sonra onlarla birlikdə qatarla yenidən Ağdama gedirəm. Allah bir də bizə belə dərd verməsin", - deyə xanəndə əlavə edib.
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 30 Avqust 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















