Əməkdar artist 50 yaşını belə qeyd etdi Video
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar artist Anar Heybətov 50 illik yubileyini qeyd edib.
Axşam.az xəbər verir ki, aktyor əlamətdar günündə səhnəyə çıxaraq, Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanan tamaşada oynayıb.
A.Heybətov yubileyi münasibətilə onu təbrik edən hər kəsə təşəkkürünü bildirib və bunları yazıb:
“50 yaş yubileyimi səhnədə, sənətimdə xüsusi yeri olan Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşası ilə qeyd etmək mənim üçün unudulmaz bir xoşbəxtlik oldu. Bu əlamətdar gündə yanımda olan, məni təbrik edən, xoş sözləri, səmimi arzuları və gözəl duyğuları ilə sevincimi bölüşən hər birinizə ürəkdən təşəkkür edirəm.
Göndərdiyiniz hər bir təbrik, yazdığınız hər bir söz mənim üçün çox dəyərlidir. Sizin sevginiz və diqqətiniz bu yubileyi mənim üçün daha da mənalı və yaddaqalan etdi. Var olun, yaxşı ki varsınız!”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 28 Sentyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















