Əməkdar artist: Bu sənəti Rasim Balayevə görə sevmişəm
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“Uşaqlığımızın qəhrəmanını itirdik. Rasim Balayev Azərbaycan üçün göndərilən bir hədiyyə idi. Onun xarizması, görünüşü və istedadı həqiqi vergi idi. Rasim müəllim bizim uşaqlığımızın qəhrəmanı idi”.
Bunu “Cebheinfo.az”a açıqlamasında Əməkdar artist Hüsniyyə Mürvətova dünən son mənzilə yola salınan Xalq artisti Rasim Balayev haqqında danışarkən deyib.
O, Rasim Balayevin vəfatının Azərbaycan xalqı və sənəti üçün böyük itki olduğunu vurğulayıb:
“Mən uşaqlıqda ona baxaraq bu sənəti sevdim, biz onlara, onun kimi sənətkarlara baxaraq bu sənəti sevmişik. Azərbaycan və xalqımız, sənətimiz üçün çox böyük itkidir. Çox üzgünəm. Mənim onunla bir işbirliyim də olub. Dini mövzulu :
Muxtarnamə" serialı. Biz onu səsləndirmişdik. O, Muxtarı səsləndirirdi. Orada belə deyilirdi:
“Böyük insanlar ağır yüklər altında əzilmir, saç ağardırlar”. Çox gözəl sözlərdir. Dünən mən onun şəkli ilə məhz bu sözləri paylaşdım”.
Hüsniyyə Mürvətova bildirib ki, Rasim Balayev Azərbaycan sənətinin qızıl dövründə parlayan sənətkarlardan biri idi:
“Allah ona qəni-qəni rəhmət eləsin! Rasim müəllim bizim ürəyimizdə, yaddaşımızda daim yaşayacaq. Onun sənəti bir əfsanə kimi heç vaxt unudulmayacaq. İllər, əsrlər keçsə də, Rasim müəllim həmişə xatırlanacaq. Çünki o, həm də sənətin ən gözəl zamanında gəldi. Azərbaycan sənətinin ən gözəl - qızıl dövründə parlayan sənətkarlardan biri idi. Allah rəhmət eləsin”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 31 Mart 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















