Icma.az
close
up
RU
“Əməkdar artist çıxıb deyir ki, boşandıqdan sonra gözəlləşmişəm, bu nə deməkdir?”

“Əməkdar artist çıxıb deyir ki, boşandıqdan sonra gözəlləşmişəm, bu nə deməkdir?”

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təəssüf ki, bizdə Qərb ölkələrindən olan müdaxilələr, serialar, filmlər və s. bu gün cəmiyyətdə ailə institutuna çox ciddi təsir göstərib. Nəticədə Azərbaycan cəmiyyəti üçün heç vaxt xarakterik olmayan boşanma saldosu var. Boşanmalar artıq bum şəklindədir”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev azərbaycanlıların xarici vətəndaşlarla ailə qurması barədə statistikadan danışarkən deyib. O bildirib ki, boşanmalar sosial anemiyaya çevrilərək xroniki hal almaqdadır:

Əvvəli burada: Xaricilərlə evlilik Azərbaycan üçün hansı təhlükəni gətirir? – Ekspertdən SOS

“Sanki boşanma yarışı keçirilir. O boşandı, mən də boşanım. Efirlərdə boşanmış insanların “parlaq həyat”ının sərgilənməsi məhz potensial münaqişədir və real münaqişəli ailələrdə də boşanmaları təşviq edir. Onlara baxanlar düşünür ki, görürsünüz, o boşanıb “parlaq həyat” yaşayır, mən niyə boşanmayım?” Halbuki o aysberqin görünən tərəfidir, görünməyən tərəfdə odur ki, boşanmış insanların həm kişinin, həm qadının həyatı çox acınacaqlıdır. Sadəcə vizual platformalarda boşanmış insanların “parlaq həyatı”, boşanma partiləri təbliğ olunur. Artıq bunu trendə salmaq istəyirlər”.

Sosioloq tanınmış şəxslərin çıxışlarının da cəmiyyətə mənfi təsir göstərdiyini düşünür:

“Bir də görürsən ki, tanınmış müğənnilər, hətta əməkdar artist deyir ki, mən boşandıqdan sonra gözəlləşmişəm. Bu nə deməkdir? Boşanmanın təşviqi deyilmi? Və yaxud da ki, efirlərdə xəyanətə xəyanətlə cavab verən xanımlar peyda olur və bununla qürur duyur. Sanki bunu təşviq edir. Bu, cəmiyyətdə dəyərlərin deqredasiyasını körükləyir. Belə hallara yol vermək olmaz. 

Azərbaycanda olan örnək ailələrdən verilişlər hazırlamaq lazımdır. Onlar gənc ailələrə tövsiyə verməlidir ki, böhran vəziyyətindən necə çıxmaq olar. Amma biz boşanmış insanların təntənəli həyatının təşviqini görürük. Reytinq xatirinə belə kontentlər vermək olmaz.

Fərqində olmalıyıq ki, cini şüşədən çıxarandan sonra onu şüşəyə salmaq çox çətin olacaq. Hər birimiz bunun məsuliyyətini başa düşməliyik. Bilməliyik ki, cəmiyyətdə baş verən hadisə kəpənək effekti ilə hər bir insanın ailəsində üzə çıxa bilir. 

Əgər biz identikliyimizi, ailə dəyərlərimizi qorumasaq, qloballaşma prosesində əriyib yoxa çıxa bilərik”. 

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see237

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see164

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see140

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see139

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see134

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see133

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see133

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see131

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see127

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see126

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri