Əməkdar artist: “O olmasaydı, indi ölmüşdüm” Video Yeni Sabah
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
“Bəli, mənə ikinci qrup əlilik verildi. İllərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə ayağımda çürümə prosesi gedirdi. Sağolsun aparıcı Zaur Baxşəliyev mənə yardım etdi. O məni düzgün həkimin yanına yolladı. Nəticədə ayağım sağaldı”.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Rəhman Rəhmanov “Gün ortası” verilişində deyib.
Sənətçi iki dəfə qurduğu ailə həyatından bəhs edib:
“Mən iki dəfə ailə qurmuşam. İlk evliliyim 20 il çəkib. Sonra boşanmış və ikinci dəfə ailə qurmuşam. 31 ildir ki, bu evlilik davam edir. Çox xoşbəxtəm. Xanımım Gülü mənə çox gözəl baxır. O olmasaydı, 20 il əvvəl ürəyim partlayıb öləcəkdim”.
Baxış sayı:124
Bu xəbər 06 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















