Əməkdar artist ölümündən qabaq bu sözləri DEYİB
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Əməkdar artist, müğənni Zöhrə Abdullayevaya həsr olunub.
Milli.Az-ın məlumatına görə, sənətkarın yaxınları bildiriblər ki, oğlunun vəfatı onun həyatında dönüş nöqtəsi olub.
Müğənni Məmmədbağır Bağırzadənin oğlu Rəhim Bağırzadə mərhum sənətkarın yaşadığı ağrını belə xatırlayıb:
"Ölümündən qabaq bu sözləri deyib: "Belimi bir də oğlum sındırdı, bir də Məmmədbağır".
Yaxınlarının sözlərinə görə, Zöhrə Abdullayeva oğluna son dərəcə bağlı bir ana idi və bu ağır itki onun səhhətinə ciddi təsir göstərib.
Müğənni İzzət Bağırov isə sənətkarın yaşadığı mənəvi sarsıntını belə ifadə edib:
"Övlad itkisinə qalib gələ bilmədi, güc gələ bilmədi".
Əməkdar artist Ruhəngiz Musəvi də Zöhrə Abdullayevanın bu itki qarşısında göstərdiyi dözümü xatırlayaraq deyib:
"Demişdi ki, onun yerində başqası olsa, çoxdan havalanmışdı. Amma görürsünüz, Allah qoruyub".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 13 Aprel 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















