Əməkdar artist sabiq Baş nazirin kürəkənini TƏNQİD ETDİ VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Əməkdar artist Babək Niftəliyev xanəndə Pərviz Qasımova irad bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Gün ortası” verilişində danışıb.
B. Niftəliyevin Pərvizin idman stilində muğam oxumasını tənqid edib:
“O geyimdə oxuyub, özünə hörmət etməyib. Heç olmasa muğamımıza hörmət etsin. Muğamımızın Xan Şuşinskisi, Yaqub Məmmədovu, Arif Babayevi olub. Alim Qasımovumuz, Mənsum İbrahimovumuz, Xalq artistlərimiz, neçə-neçə sənətkarlarımız var. Baxsın ki, onlar necə geyinir, hansı tərzdə çıxışlar edir”.
Qeyd edək ki, Pərviz bodibildinq yarışında 1-ci yerə çıxıb. Xanəndəliklə paralel idmanla da məşğul olan sənətçinin zaman-zaman videoları müzakirə olunur. Onun idman geyimində muğam ifaları birmənalı qarşılanmır.
Onu da xatırladaq ki, Pərviz sabiq baş nazir Novruz Məmmədovun kürəkənidir.
Sara, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 30 Oktyabr 2025 01:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















