Əməkdar artist Vəfaya QADAĞA QOYDU: 100 min manat da versə...
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müğənni Vəfa Şərifovanın ifa etdiyi mahnının "oğurluq" olduğu iddiası efirdə üzə çıxıb.
Milli.Az xəbər verir ki, məsələ "Rəngarəng" verilişində müzakirə olunub və tərəflər arasında gərginlik yaşanıb.
Bildirilib ki, Əməkdar artist Könül Kərimova həmkarına öz repertuarında yer alan "Yar başına dönüm" adlı mahnını oxumağa qadağa qoyub. Vəfa Şərifova sözügedən mahnının sözlərini dəyişdirərək "Ata" adı ilə ifa edib.
Könül Kərimova məsələyə sərt münasibət bildirib. O, qeyd edib ki, mahnı olduğu kimi oxunarsa, buna etirazı yoxdur. Lakin bəstənin sözlərinin dəyişdirilərək təqdim olunmasını qəti şəkildə qəbul etmir. Əməkdar artist vurğulayıb ki, həmin mahnı onun sənət fəaliyyətində xüsusi yer tutur və sözlərinə toxunulması yolverilməzdir.
Kərimova hətta bildirib ki, bu məsələ maddi tərəflə bağlı deyil. Onun sözlərinə görə, 100 min manat təklif olunsa belə, mahnının mətninə dəyişiklik edilməsinə icazə verməz. Sənətçi əlavə edib ki, özü belə həmin mahnının sözlərinə müdaxilə etməyi düşünməz.
Qeyd edək ki, məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 14 Fevral 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















