Icma.az
close
up
RU
Əməkdar artist Yadigar Muradovun OĞLU: Atamı daha ağır əməliyyat gözləyir

Əməkdar artist Yadigar Muradovun OĞLU: Atamı daha ağır əməliyyat gözləyir

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Atamın vəziyyəti bu gün üçün nə ağırdır, nə də yaxşı - orta stabildir".

Bunu Oxu.Az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

"Ötən günlərlə müqayisədə yaxşıya doğru dəyişikliklər hiss olunsa da, tam yaxşı sayılmır. Çünki yatdığı altı gün koma vəziyyəti hesab olunur. Boğulmanı dayandırmaq üçün onu yatızdırıblar ki, görək boğulma verən nədir.

Yatılı vəziyyətdə onun daxili orqanları, hətta beyni də yoxlanılıb. Yavaş-yavaş əlini, qolunu, boynunu hərəkət etdirir. Bəzən həkimlər onu oturdurlar, amma ayaqları tam işlək vəziyyətdə deyil. Düşünürük ki, bu, yəqin ki, altı gün yatılı vəziyyətdə qalması səbəbindəndir. Həkimlər deyirlər ki, yavaş-yavaş bərpa olunacaq.

Özünə gəldikdən sonra onu daha ağır əməliyyat gözləyir. Çünki boğazında, qırtlağında olan şişin fəsadları, hansı ki metastaz verib boğazına, artıq nəfəs borusuna da sirayət edib. Yəni təhlükə tam sovuşmuş sayılmır, çünki boğulmadan, yəni beyninə oksigen getmədiyi üçün bu vəziyyətə düşmüşdü. Dediyim kimi, qarşıda onu ağır və riskli əməliyyat gözləyir - qırtlağı tamam götürülməlidir. Bir səs teli qalmışdı, o səs teli də götürüləcək. Əgər bu əməliyyatın nəticəsi uğurlu olarsa, gələcəkdə süni səs aparatı ilə danışa bilər.

Danışmaq məsələsinə gəlincə isə, xeyr, əlbəttə ki, danışmır. Sadəcə gözləri ilə təmas qurur. Məsələn, soruşanda ki, tanıyırsan məni? - başı ilə təsdiq edir. Sadəcə xırıltılı bir iniltisi var. Çünki dediyim kimi, səs telinin biri yoxdur, götürülüb, biri də dediyim vəziyyətdədir", - deyə Y.Muradov bildirib.

Xatırladaq ki, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist oktyabrın 4-də Mərkəzi Klinikaya yerləşdirilib.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri