Icma.az
close
up
RU
Əməkdar artistin qalmaqallı çıxışına reaksiyalar: Aktrisa iki dəfə ərə gedibsə...

Əməkdar artistin qalmaqallı çıxışına reaksiyalar: Aktrisa iki dəfə ərə gedibsə...

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əməkdar artist Gülşad Baxşıyevanın "Abırsız aktrisa bakirə qız rolunu oynaya bilməz" fikirləri teatr aləmində böyük müzakirəyə yol açıb. 

Aktrisa sənət adamlarının həyat tərzindən danışıb:

"İlk dəfə bunu eşidəndə cavan idim. Aktrisada abır-həya olmasının səmətlə nə əlaqəsi var? İllər keçdi, bu işin içində oldum və gördüm ki, o qadın çox müdrik söz deyib. Abırsız, pozğun aktrisaya Cülyetta, bakirə qız, təmiz adam rolunu versələr, onu oynaya bilməyəcək. Bir tamaşa izləyirdim. Bir aktrisa çıxdı səhnəyə, bilirəm ki, bu, düz adam deyil. Arxada rusdilli tələbələr əyləşmişdi. Bunlar da əsəri bilirlər, baxdılar, dedilər ki, bu aktrisa elə bil səhnənin arxasından bu cür gəldi. Halbuki, obraz təmiz, bakirə qız idi. Amma onun pozğun həyatı necə canına hopubsa, yaşadığı həyatı səhnəyə gətirib".

Xalq artisti Valeh Kərimov Qaynarinfo-ya açıqlamasında Gülşad Baxşıyeva ilə razılaşmadığını bildirib:

"Gülşad xanım universitet müəllimidir, həm də gənclərlə işləyir. Yəqin nəsə hiss edib ki, bu fikirləri deyib. Onun fikirləri təsirlidir. Oxudum, təsirli yazıdır, sözlərində həqiqət var, insan nə qədər gizlətsə də, daxili aləmi çox şey deyir. Qatillər, canilər necə həbs olunur? Danışırlar. Təcrübəli müstəntiqlər də baxır ki, yalan danışır. Aktrisa da belədir, səhnədə oynayır, tamaşaçı da baxır. İnanan inanır, inanmayan da yox. Aktrisanı tanımayanda inanırsan, tanıyanda bilirsən ki, iki dəfə ərə gedib və bu sənə qəribə gəlir. Amma teatrın qanunları var. Yaşlı adam belə cavan oğlan obrazında oynaya bilər. Əsas odur ki, obrazı tamaşaçıya sevdirsin. Aktrisa iki dəfə ərə gedibsə, ona qız rolu vermək olmaz fikiri ilə razılaşmıram. Bu, düzgün deyil”.

Xalq artisti hesab edir ki, əsas səhnə və obraza peşəkar yanaşmadır:

"Aktrisa rolunu elə oynasın ki, tamaşaçı ona inansın. Aktyorlar hamısı aiəlidir, amma cavan oğlan obrazında oynayır. Sənət və səhnədir. Faciə də belədir. Aktyorun yaxını ölüb, onu dəfn edən günü səhnədə komediya oynayıb. Bunların hər biri teatr sənətinin incəlikləridir”.

Əməkdar artist, rejissor Sərvər Əliyev səhnədə aktrisaların şəxsi həyatlarının arxa planda qaldığını xatırladıb:

"Ola bilər ki, kimsə aktrisanın həyatını bilir və onu gözəl tanıyır. Onu həyatını bildiyi üçün deyir ki, filan obraz onluq deyil. Amma mən görəndə ki, aktrisa ona həvalə edilən rolun öhdəsindən layiqincə gəlib onun əllərini sıxıram. Rejissor üçün onun həyatı önəmli deyil. Əksər tamaşaçı səhnəyə çıxan aktrisanın həyatını bilmir. Aktrisanın həyatı önəmli deyil, kimsə həyatını necə istəyirsə elə də yaşayır. Mənim üçün önəmli onun sənətidir”.  

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri