Icma.az
close
up
RU
Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin xatirəsi anılıb AZƏRTAC

Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin xatirəsi anılıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqında Əməkdar incəsənət xadimi, “Qızıl dərviş” mükafati laureatı, tanınmış rejissor Məhərrəm Bədirzadənin 80 illiyi münasibətilə “Onu sevirdilər” adlı xatirə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə rejissorun həyat və sənət yolunun işıqlı səhifələrindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov M.Bədirzadənin təkcə böyük rejissor deyil, həm də dərin insanlıq keyfiyyətlərinə malik şəxsiyyət olduğunu deyib: “Məhərrəm müəllim çox qayğıkeş insan idi. Onunla dostluq etmək bir ömürlük səadətdir. Bizim dostluğumuz 70 illik bir tarixdir”.

Əməkdar incəsənət xadimi Məryəm Əlizadə rejissorun pedaqoji fəaliyyətindən danışaraq onun tələbələrə necə qayğı ilə yanaşdığını vurğulayıb: “Biz uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çiyin-çiyinə çalışmışıq. Məhərrəm müəllim təkcə rejissor deyildi, həm də gözəl bir pedaqoq idi. O, hər bir aktyorun ruhunu hiss edirdi, onların daxili potensialını açmağa çalışırdı. Hər səhnədə onun imzasını oxumaq mümkün idi”.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli bildirib ki, M.Bədirzadənin sənətə olan sevgisi dərin və hər şeydən üstün idi. “Məhərrəm Bədirzadə Azərbaycan teatrı üçün yanan bir çıraq idi və onun işığı heç zaman sönməyəcək. Bu gün də teatr səhnəsində onun nəfəsi hiss olunur”, - deyə professor əlavə edib.

Xalq artisti Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi Nəsibə Əsgərova diqqətə çatdırıb ki, nənəsinin səhhətinin ağır zamanlarında onu bədbinliyi qapılmağa qoymayan məhz Məhərrəm Bədirzadə olub. “Yaşlı insan üçün sadəcə diqqət və sevgi çox önəmlidir. Məhərrəm müəllim nənəmin bu çətin dövründə sanki onun həyatına bir işıq gətirmişdi. Deyərdim ki, bu diqqət və qayğı Nəsibə xanımı daha da güclü edirdi.”

Tədbirdə Xalq artistləri İlham Namiq Kamal, Mərahim Fərzəlibəyov, Yasin Qarayev, Əməkdar artist Azad Şükürov və digər sənət adamları Məhərrəm Bədirzadə ilə bağlı xatirələrini bölüşərək onun ölməz irsinə bir daha ehtiramlarını ifadə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri