Icma.az
close
up
RU
Əməkdar jurnalist 50 yaşın kölgəsində

Əməkdar jurnalist 50 yaşın kölgəsində

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

O şair deyil, amma söz onun alnına yazılıb. Aşıq deyil, aşiq kimi sözə vurulub. O, sözün adamıdır. Sözü eşidəndə dayanan, sözə toxunanda alışan ruhun daşıyıcısıdır Anar Yusifoğlu. 
Yarım əsr bundan əvvəl Yardımlıda, alın təriylə yaşayan halal bir kişinin evində dünyaya gəldi. Tək deyildi, özü ilə bərabər sözü də doğuldu. Qardaşı, sirdaşı, tale yoldaşı söz oldu. Anarın beşiyi layla ilə deyil, sözlə yelləndi, nəğmələr qulağına deyil, qəlbinə deyildi, uşaqlığı oyuncaqlarla yox, böyüklərinin kəlmələriylə böyüdü. Nazla deyil, sözlə yaşadı, sözlə güldü, sözlə ağladı. Sözlə seçildi, sözlə sevildi. Sözlə tanındı, ölkənin ən məşhur televiyalarının ən baxımlı verilişlərində ekranlarda gördük onu, amma heç vaxt tanınmaq üçün söz demədi. 
Ölkənin tanınan, sevilən peşəkar jurnalistlərindən biri olaraq Anar hər zaman sözün yerini, dəyərini, həddini bildi. Söz onun üçün silah deyil, məsuliyyətdir. Hər cümləsl düşüncədən süzülüb gəldi, hər sətiri ümidə yol oldu. 
Sevimli Anar Yusifoğlu üçün söz sadəcə ifadə vasitəsi deyil. Onun üçün söz müqəddəs, toxunulmaz Vətəndir. Anar Vətənə heç vaxt xəyanət etməz. Nə yazılarında, nə mövqeyində, nə də susduğu anlarda! Anar Yusifoğlunun ən böyük fərqi səmimiyyətidir. O, pafosdan uzaq, təmkinli insan təsiri bağışlayır. Amma bu sadəlikdə dərin bir düşüncə, bu sakitlikdə böyük bir məsuliyyət gizlənir. 
Anar Yusifoğlu adı təkcə imza deyil, mövqedir, Anar müəllimlik etmədən öyrədir, dərs demədən yol göstərir. Gənclər onun yanında rahat nəfəs alır, çünki Anar təkcə yazmır, danışmır, həm də dinləyir, anlayır, dəstək olur. Gənc qələm sahibləri üçün müəllimdir, davranışı ilə öyrədir, duruşu ilə nümunə göstərir. Bu səbəbdən də aramızda olduğu üçün sevilir. 
Bu gün Anar Yusifoğlu 50 yaşın kölgəsində, 51-dədir.  Amma bu yaş onun üçün sadəcə rəqəm deyil. Anar bir yolun, bir missiyanın yarım əsrlik ömrüdür, yarım əsrdir ki, sözü əqidəsinə çevirib. Çünki o, sözün məsuliyyətini daşıyan, qələmin ağırlığını anlayan, sevilən ustad jurnalistlərimizdəndir. Həmişə də belə olacaq. 
Dədə Qorqud demişkən, söz haqqı!
Sözü mübarək edən adam, yaşın mübarək!
Orxan 
P.S. Anar Yusifoğlu (Yusifzadə) 20 oktyabr 1974-cü ildə Yardımlı rayonun Şıxlar kəndində anadan olub.
Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirib.
İctimai Televiziya və Radio Yayımları Şirkəti yaranandan  (2005) İctimai-Siyasi Proqramlar departamentinin direktorudur.
1994-1995-ci illərdə "Çağ" və "Cümhuriyət" qəzetlərində çalışıb. 1995-1998-ci illərdə “ANS” Müstəqil Teleradio Yayımları Şirkətində repartyor, şöbə müdiri olub. 1998-1999-cu illərdə “525-ci qəzet”in parlament müxbiri kimi çalışıb. “Sara” TV-də Xəbərlər departamentinin direktor müavini, direktoru və “Kontakt” tok-şousunun aparıcı olub. Daha sonra “”Qanun” jurnalında çalışıb.
2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır. Televiziyanın ilk verilişlərindən olan “Gerçəyin özü”, "Çarpaz baxış", "Diqqət Mərkəzi" və “Yekun“ verilişinin aparıcısı, “Bizim tarix”, “Zamanın sınaq yolu”, “Tarixi yaradanlar”, “Əsrin facəsi: Xocalı”, ”Qan yaddaşı: Ağdam”, ”Soyqırım”, “Fenomen” və s. kimi çeşidli veriliş və sənədli filmlərin müəllifi olub. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli 1322 nömrəli sərəncamı ilə ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 21 iyul tarixli 670 nömrəli sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adı verilib. 
Peşəkar jurnalist fəaliyyətinə görə Çingiz Mustafayev Fondu tərəfindən mükafatlandırılıb.
Telejurnalistikanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Jurnalistlər Birliyi (AJB) tərəfindən Həsən bəy Zərdabi mükafatı ilə təltif edilib.
BBC və CNN TÜRK-də təcrübə keçib.
1999 və 2007-ci illərdə Amerika Birləşmiş Ştatlarında yaradıcılıq kurslarında iştirak edib.
2018-ci ildə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  "Beynəlxalq media vəsiqəsi" (İnternational Press Card) alıb.
Azərbaycanda seçki debatlarının ən yaxşı aparıcısı kimi tanınır.
Xobbisi şəkil çəkmək və səyahət etməkdir. Dövrü mətbuatda daim çap olunur, onlarla analitik və publisistik yazıların müəllifidir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Oktyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri