Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Əməkdar müəllim Ənvər Abbasovun 75 illik yubileyi BSU da qeyd olunub

Əməkdar müəllim Ənvər Abbasovun 75 illik yubileyi BSU da qeyd olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 iyun, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, dosent Ənvər Abbasovun 75 illik yubileyinə həsr olunan “Təhsil innovasiyaları müstəvisində” mövzusunda konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, BSU-nun rektoru Anar Nağıyev çıxışında tədbirin həm Ənvər Abbasovun 75 illik yubileyinə, həm də müasir təhsil və ali təhsilin qarşısında duran aktual çağırışların müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu gün ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri əmək bazarının tələblərinə uyğun, innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanmasıdır. O, xüsusilə pedaqoji kadr hazırlığı, təhsil məzmununun yenilənməsi, ömürboyu təhsil, inklüzivlik və süni intellektin tədris prosesinə inteqrasiyası kimi məsələlərin aktuallığını diqqətə çatdırıb.

Anar Nağıyev bildirib ki, BSU təhsil ictimaiyyəti ilə əməkdaşlığı genişləndirərək regionlarda müəllimlərlə görüşlər, forumlar və müxtəlif layihələr həyata keçirir, bu proseslər ali təhsillə əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Rektor vurğulayıb ki, təhsil sahəsində aparılan müzakirələr universitetlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Çıxışında Ənvər Abbasovun Azərbaycan təhsilinin inkişafı, kurikulum islahatları və pedaqoji fikrin formalaşması sahəsindəki müstəsna xidmətlərini xüsusi qeyd edən rektor onun BSU-da elmi-pedaqoji fəaliyyətinin universitet üçün böyük dəyər daşıdığını bildirib. Anar Nağıyev Ənvər Abbasovun zəngin təcrübəsinin gənc mütəxəssislərin və tədqiqatçıların yetişməsinə mühüm töhfə verdiyini vurğulayaraq, yubilyarın dövlət tərəfindən yüksək mükafatlarla təltif edilməsinin onun çoxillik fəaliyyətinə verilən layiqli qiymət olduğunu qeyd edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov çıxışında Ənvər Abbasovun Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb, onun elmi-pedaqoji fəaliyyətinin və kurikulum quruculuğu sahəsindəki xidmətlərini diqqətə çatdırıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov isə çıxışında Ənvər Abbasovun təhsil sahəsindəki çoxillik fəaliyyətini vurğulayaraq onun formalaşdırdığı elmi-pedaqoji irsin bu gün də aktuallığını qoruduğunu vurğulayıb.

Çıxış edən BSU-nun Jurnalistika kafedrasının müdiri, millət vəkili Vüqar Rəhimzadə Ənvər Abbasovun Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən bəhs edib, onun fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.

Konfrans çərçivəsində Əməkdar müəllim Asif Cahangirov “Müasir kurikulumların inkişaf tendensiyaları”, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi “Təhsil sistemində innovativ yanaşmalar”, professor Hikmət Əlizadə “Ənvər Abbasovun elmi-pedaqoji əsərlərinin məzmunu”, professor Fərrux Rüstəmov “Səriştəəsaslı təhsil”, ADNSU nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru dosent Faiq Şahbazlı “Yeni nəsil dərsliklərin yaradılması”, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov “Təhsil islahatlarının inkişaf mərhələləri və müasir çağırışlar”, BSU-nun Tədris Departamentinin direktoru Zümrüd Yolçuyeva "Ənvər Abbasov və Bakı Slavyan Universiteti: elmi-pedaqoji əməkdaşlığın inkişaf istiqamətləri" mövzularında çıxış ediblər.

Ənvər Abbasov yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, göstərilən diqqət və ehtiramı xüsusi dəyərləndirdiyini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri