Icma.az
close
up
RU
Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı Hələ də vəzifədədir

Əməkdaşı həbs edildi, şiddətli töhmət aldı, 18,5 milyonluq yeyintisi aşkarlandı Hələ də vəzifədədir

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının Dövlət Turizm Agentliyində apardığı və 2021-2024-cü illəri əhatə edən auditin nəticələri açıqlanıb. Audit zamanı adı çəkilən Agentlikdə çox sayda nöqsan aşkarlanıb, daha doğrusu, 18,5 milyon manatlıq maliyyə pozuntusuna yol verildiyi üzə çıxıb. Xatırladaq ki, Dövlət Turizm Agentliyinə 2018-ci ildən Fuad Nağıyev rəhbərlik edir. 

"Unikal"ın məlumatına görə, bu müddətdə onun və rəhbəri olduğu qurumun fəaliyyəti medianın, ekspertlərin və deputatların, eləcə də sadə vətəndaşların sərt tənqid hədəfinə çevrilib. Əksəriyyətin fikrincə, Nağıyev ölkə turizminin inkişafı üçün qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilməyib.    

Bu ilin əvvəllindən qurum ətrafında baş verənlər isə deyilənlərin əsassız olmadığını göstərir. Belə ki, martda Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-ü şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Bir neçə gün öncə onun haqqında həbs qəti imkan tədbirinin müddəti iki ay daha uzadılıb. Məlumata görə, o, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur. 

Bu həbsdən bir neçə gün sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib. O, işində yol verdiyi nöqsanlara görə cəzalandırılıb. Həmin vaxt yerli KİV yazırdı ki, Nağıyevin şiddətli töhmət alması onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır. İddia edilirdi ki, Dövlət Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən  şəxslərin yuvasına çevrilib. “Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir” – lent.az saytının əldə etdiyi məlumatda bildirilirdi. 

İndi isə Dövlət Turizm Agentliyində ağlasığmaz məbləğdə yeyintinin aşkarlanması Fuad Nağıyevin öz işinin öhdəsindən gələ bilmədiyini və onun rəhbərlik etdiyi qurumun fəaliyyətini faktiki olaraq iflic vəziyyətə saldığını ortaya qoyur. Gözləmək olardı ki, Agentlik sədrinin adı barəsində cinayət işi açılan, yalnız kreslosunu deyil, azadlığını da itirən iri məmurların siyahısına da düşə bilər. Lakin maraqlıdır ki, sadəcə son bir neçə ayda baş verən bu qədər qalmaqala baxmayaraq Nağıyev hələ də vəzifəsində qalır...

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Avqust 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri