Icma.az
close
up
RU
Əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub FOTOLAR

Əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub FOTOLAR

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın 5-də bu ölkənin AGERPRES xəbər agentliyinin baş direktoru Klaudiya Viktoriya Nikolae ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycanın və Rumıniyanın milli xəbər agentlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Klaudiya Viktoriya Nikolae “Agerpres” agentliyinin beynəlxalq informasiya şəbəkələrində, o cümlədən Avropa Xəbər Agentlikləri Alyansında (EANA) və Avropa İttifaqı (Aİ) Media Forumu çərçivəsində gördüyü işlər haqqında məlumat verib. O, Azərbaycanla informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsininin, eləcə də qarşılıqlı xəbər və foto mübadiləsinin genişləndirilməsininin vacibliyini bildirib.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev qeyd edib ki, agentliklə AGERPRES arasında uzunmüddətli əməkdaşlıq mövcuddur və bu əlaqələrin daha da gücləndirilməsi regional, beynəlxalq informasiya məkanında etibarlı tərəfdaşlıq üçün əsas yaradır. O, qarşılıqlı təcrübə mübadiləsinin, jurnalistlər üçün təlim proqramlarının və birgə media məhsullarının hazırlanmasının gələcək əməkdaşlıq istiqamətləri kimi nəzərdə tutulduğunu söyləyib.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov media sahəsində yeni kommunikasiya texnologiyalarının tətbiqindən və süni intellekt əsaslı xəbər istehsalında əməkdaşlığın perspektivlərindən danışıb. O vurğulayıb ki, bu sahədə təcrübənin və innovativ yanaşmaların paylaşılması iki ölkənin media sistemlərinin inkişafına töhfə verə bilər.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual və rəqəmsal media platformaları üzrə tənzimləmə, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində Rumıniya təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib.

Süni intellektin tətbiqi mövzusunun davamı olaraq tərəflər Aİ texnologiyalarının fotoarxivlərin rəqəmsallaşdırılması, arxivlərin bərpası və avtomatlaşdırılmış təsnifləşdirilməsi sahəsində istifadəsini geniş müzakirə ediblər. Bu istiqamətdə birgə pilot layihələrin hazırlanması və təcrübə mübadiləsi barədə ilkin razılıq əldə olunub.

Ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanovun da iştirak etdiyi görüşdən sonra Azərbaycan nümayəndə heyətinə AGERPRES-in arxivi barədə məlumat verilib. Qonaqlara agentliyin zəngin tarixi foto və video fondları, o cümlədən Rumıniya ilə Azərbaycan arasında ötən əsrdən bu günədək baş tutmuş ikitərəfli səfərlər, dövlət başçılarının görüşləri və mədəni tədbirləri əks etdirən nadir materiallar nümayiş olunub.

Tərəflər bu materiallar əsasında ortaq fotosərgi təşkil etmək barədə razılığa gəliblər. Sərgidə sovet dövründən müasir dövrədək Rumıniya-Azərbaycan münasibətlərinin inkişafını və iki ölkə arasında dostluğun tarixi köklərini əks etdirən fotoların nümayişi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri