Icma.az
close
up
RU
Əməkdaşlıq strateji xarakter daşıyır

Əməkdaşlıq strateji xarakter daşıyır

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Aİ ölkələri arasında onun əsas tərəfdaşıdır. Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq birləşdirir. Sentyabrın 30-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə davamlılığın göstəricisi kimi yadda qaldı. Prezidentlərin geniş tərkibdə görüşündə “Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə deyə bilərəm ki, tam icra edilir” fikirləri ilə iki ölkənin münasibətlərinin inkişaf səviyyəsinə diqqət yönəldən cənab İlham bu məqamı da xüsusi qeyd etdi ki, əlaqələrimiz, eyni zamanda, yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir.

Prezident İlham Əliyev, həmçinin mətbuata bəyanatında vurğuladı ki, Azərbaycanla İtaliya arasında iki strateji tərəfdaşlıq sənədi mövcuddur. Birincisi 2015-ci ildə, ikincisi isə beş il öncə imzalanmışdır. Ötən illər ərzində münasibətlər sürətlə və müxtəlif istiqamətlərdə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi ildən-ilə artır. Energetika sahəsində çoxsaylı mühüm layihələr icra olunub. Azərbaycan nefti və qazının İtaliyaya ixracı vasitəsilə ölkəmiz öz təbii resurslarını dünya bazarlarına geniş həcmdə çatdırır və bir çox ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Azərbaycanla İtaliya arasında əlaqələrin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 1997-ci ildə Ulu Öndərin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün mühüm addım oldu. Səfər nəticəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi sənəd imzalandı. Məhz həmin tarixi səfərdən sonra qarşılıqlı münasibətlər artan dinamika ilə inkişaf etməyə başladı. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya ilk dövlət səfəri münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, uğurla inkişaf etdiyini təsdiqlədi. İtaliyada imzalanan “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” əlaqələrin inkişafında yol xəritəsi oldu.
Cənab İlham Əliyev 2022-ci və 2024-cü illərdə İtaliyada işgüzar səfərdə oldu. 2022-ci ildə Romada Azərbaycan Səfirliyinin yeni binası açıldı, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyənləşdirildi, ADA Universiteti ilə İtaliyanın aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlıq sazişləri imzalandı.
Göründüyü kimi, qarşılıqlı səfərlərin davamlılığı əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. İtaliya Prezidentinin sentyabrın 30-da ölkəmizə reallaşdırdığı rəsmi səfər əməkdaşlıqda yeni səhifə açdı, mühüm məqamlarla yadda qaldı.
Oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb. Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.
İtaliya-Azərbaycan Universiteti binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir. Layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella tədris binalarında yaradılan şəraitlə tanış olduqdan sonra ölkəmizdə səfərdə olan İtaliya universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Cənab İlham Əliyev çıxışında hər bir ölkənin inkişafında təhsilin, elmin rolunu önə çəkərək bildirdi ki, Azərbaycan və İtaliya sözün əsl mənasında, strateji tərəfdaşdır. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır.

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see292

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see268

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see264

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see258

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see252

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see243

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see227

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see227

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see223

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see217

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see217

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see203

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see203

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see202

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see195

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see188

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see177

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see166

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri