Icma.az
close
up
RU
Əməkdaşlıq var, diktə isə yoxdur

Əməkdaşlıq var, diktə isə yoxdur

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şuşada Avropaya və dünyaya qətiyyətli mesajlar ünvanlandı

Azərbaycan xarici siyasətini, beynəlxalq təşkilatlarla münasibətləri yeni geosiyasi reallıqlar fonunda formalaşdırır. Regional təhlükəsizlik, qlobal enerji əməkdaşlığı, multikulturalizm və sivilizasiyalararası dialoq kimi istiqamətlərdə uzun illər fəal təşəbbüslərlə çıxış edən rəsmi Bakı bu gün də çoxvektorlu diplomatiyaya sadiqliyini nümayiş etdirir. Azərbaycan hesab edir ki, istənilən beynəlxalq təsisatla münasibətlər yalnız qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə ehtirama və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə söykənməlidir. İkili standartlar, selektiv yanaşma və siyasi qərəz belə əməkdaşlığın mahiyyətinə ziddir.

Məhz bu baxımdan, IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin Rumıniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, senator Kristian Auqustin Nikolesku Taqalisin sualına cavab olaraq Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa İttifaqı və ümumilikdə Avropa institutları ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkdi. Dövlətimizin başçısının açıqlamaları təkcə Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi deyil, həm də xarici siyasətinin yeni mərhələdə əsaslandığı prinsip və prioritetləri ortaya qoydu. Eyni zamanda, bu fikirlər Azərbaycana qarşı qərəzli yanaşmalara, ikili standartlara və siyasi motivli qərarlara verilən prinsipial cavab idi.

Xatırladaq ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına qoşularkən bu qərarı Avropa siyasi-hüquqi məkanına inteqrasiya, demokratik institutların inkişafı və ən əsası, Ermənistanın işğal siyasətinə beynəlxalq hüquq normaları çərçivəsində obyektiv münasibətin formalaşacağına inamla vermişdi. Həmin dövrdə gözlənti ondan ibarət idi ki, Avropa institutları beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına ardıcıl siyasi dəstək göstərəcək. Lakin sonrakı illərin təcrübəsi göstərdi ki, bu gözləntilərin mühüm hissəsi özünü doğrultmadı və Avropanın bəzi təsisatlarının fəaliyyətində siyasi selektivlik və ikili standartlar üstünlük təşkil etməyə başladı. “Düşünürəm ki, onların Azərbaycana bir növ qərəzi var. Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir”, – dövlətimizin başçısı bildirdi.

Xüsusilə 2023-cü ilin sentyabrında Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra AŞPA tərəfindən nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması Bakıda siyasi motivli qərar kimi qəbul edildi. Şuşa Forumunda Prezident İlham Əliyevin vurğuladığı kimi, əgər söhbət insan hüquqlarından gedirdisə, belə qərar illər əvvəl qəbul edilməli idi. Bu qərarın məhz Azərbaycanın ərazi bütövlüyünü və konstitusiya quruluşunu tam bərpa etməsindən dərhal sonra verilməsi onun siyasi mahiyyətini ortaya qoyur.

Məhz buna görə də Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırmaq qərarı əslində emosional reaksiya deyil, siyasi etiraz idi. Rəsmi Bakı bununla göstərdi ki, bərabər hüquqlara malik olmayan tərəfdaşlıq modelində iştirak etmək niyyətində deyil.

Prezident İlham Əliyevin çıxışında diqqətçəkən başqa bir məqam Azərbaycanın Avropa Şurasından tam çıxmasının mümkünlüyü ilə bağlı səsləndirdiyi fikirlər oldu. Dövlət başçısı birmənalı şəkildə bildirdi ki, belə bir qərar qəbul olunarsa, ölkə daxilində bunu praktiki olaraq heç kim hiss etməyəcək. İlk baxışdan kifayət qədər sərt görünən bu fikir, əslində, Azərbaycanın beynəlxalq təşkilatlara münasibətdə prinsipiallığını, siyasi fəlsəfəsini ifadə edir.

Bu gün rəsmi Bakı üçün hər hansı beynəlxalq təşkilatda formal üzvlük artıq əsas məqsəd deyil. Əsas meyar həmin təşkilatın dövlətlərin suverenliyinə hörmət etməsi, bərabərhüquqlu tərəfdaşlığa söykənən mövqe tutması və siyasi ayrı-seçkilikdən uzaq fəaliyyət göstərməsidir. Əgər bu prinsiplər pozulursa, üzvlük özünün siyasi dəyərini itirir. Bu xüsusda İlham Əliyevin çıxışında xüsusi vurğulanmalı bir məqam da var. Azərbaycan heç bir beynəlxalq təşkilatla qarşıdurma axtarmır. Əksinə, normal münasibətlərin davam etdirilməsində maraqlıdır. Rəsmi Bakı hesab edir ki, münasibətlərin normallaşması üçün ilk addım məhz AŞPA tərəfindən atılmalıdır. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bərpa olunmalı, bundan sonra qarşılıqlı etimadın bərpası istiqamətində yeni dialoq qurulmalıdır.

Diqqətçəkən digər məqam isə Azərbaycanın Avropa institutlarına diferensial yanaşmasıdır. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, AŞPA ilə münasibətlərdə yaranmış böhran Avropa İttifaqı ilə əməkdaşlığa aid edilə bilməz. Əksinə, Avropa Komissiyasının yeni rəhbərliyi ilə münasibətlərdə müsbət dinamika müşahidə olunur. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Bakıya səfərləri, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq istiqamətində aparılan danışıqlar bunu təsdiqləyir. Bu isə onu göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə emosional deyil, praqmatik yanaşmaya üstünlük verir. Hansı platforma qarşılıqlı maraqlara xidmət edirsə, əməkdaşlıq da həmin istiqamətdə inkişaf etdirilir.

Şuşa Qlobal Media Forumunda ABŞ-la münasibətlərə dair səsləndirilən fikirlər də yeni geosiyasi reallığın mühüm elementlərindən biri oldu. Prezident İlham Əliyev Donald Tramp Administrasiyasının Azərbaycan–Ermənistan sülh prosesində və xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində oynadığı rolu yüksək qiymətləndirdi. O, Vaşinqtonun regionda davamlı sülhün təmin olunması, kommunikasiyaların açılması və təhlükəsizlik məsələlərinin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirdiyini vurğuladı.

Dövlət başçımızın sözlərinə görə, ABŞ Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin strateji əhəmiyyətini düzgün qiymətləndirərək, bu layihənin həyata keçirilməsi üçün siyasi dəstək göstərib. Keçən ilin avqustunda Ağ Evdə keçirilən tarixi görüşlər nəticəsində sülh prosesində mühüm irəliləyiş əldə olunub, birgə Bəyannamə imzalanıb və Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması üçün yeni mexanizmlər yaradılıb. Strateji tərəfdaşlıq üzrə yeni mexanizmlərin yaradılması isə Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.

Dövlət başçımızın foruma dəvət olunmuş dünyanın nüfuzlu media qurumlarının təmsilçilərinin suallarına verdiyi cavablar bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə dialoqa və əməkdaşlığa açıq olsa da, bu münasibətlərin yalnız qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında qurulmasını vacib hesab edir. Bu siyasətin əsas dayaqlarını isə milli maraqlar, liderin siyasi iradəsi, çoxşaxəli əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri təşkil edir. Məhz bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir və ölkənin etibarlı tərəfdaş kimi rolunu artırır.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see408

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see325

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see294

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see280

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see266

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see264

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see257

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see255

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see238

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see216

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see215

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see212

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see208

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see207

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see201

ABŞ ordusu Larak adasında SEPAH ın iki raket qurğusunu vurub

31 Avqust 2026 03:12see195

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see192

Serxio Ramos “Bernabeu”da “Real Madrid”in qələbəsini izlədi VİDEO

31 Avqust 2026 02:41see187

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see184

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri