Icma.az
close
up
RU
“Əməkhaqqı artımında bu nisbət nəzərə alınmalıdır”

“Əməkhaqqı artımında bu nisbət nəzərə alınmalıdır”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“2026-cı ilin ilk 2 ayında Azərbaycanda orta aylıq əməkhaqqı 1099 manat olub. Bu o deməkdir ki, ölkəmizdə minimum əməkhaqqı orta aylıq əməkhaqqının cəmi 36.3 faizini təşkil edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

V.Bayramov qeyd edib ki, qlobal olaraq daha uyğun hesab edilən nisbət 55-60 faizdir.

“Avropa Birliyinə üzv olan yüksəkgəlirli dövlətlərdə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizindən çoxunu təşkil edir. Göründyü kimi, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqıya nisbəti yüksək deyil. Minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı fərqin azaldılması median əməkhaqqı məbləğinin də artmasına xidmət edərdi. Bu həmçinin daha aşağı maaş alanların sosial təminatının daha da gücləndirilməsi aspektindən vacibdir.

Prezident tərəfindən Əmək Məcəlləsində təsdiq edilən dəyişikliklərə əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq. Bununla da, minimum əməkhaqqının artırılması artıq situativ deyil, qanunla müəyyən edilmiş dövri və sistemli prosesə çevrilib. Bu il fevral ayında təsdiq edilən dəyişikliklərdən sonra bir il ərzində yeni mexanizmə uyğun olaraq minimum əməkhaqqının artırılması ilə bağlı konkret təkliflərin hazırlanması və təqdim olunması gözlənilir.

Xəbəri rus dilində oxuyun: Выше 36%: В Милли Меджлисе требуют пересмотра минималки

Bu baxımdan, daha yaxşı olardı ki, minimum əməkhaqqı məbləği artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbət nəzərə alınsın. Minimum əməkhaqqındakı artım faizinin daha çox olması bu fərqin azalmasına səbəb ola bilər. Bu baxımdan, minimum əməkhaqqı artırılan zaman orta aylıq əməkhaqqı ilə nisbətin nəzərə alınması və minimum əməkhaqqında daha yüksək artımların reallaşması məqsədəuyğun olardı”, - deputat bildirib.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Aprel 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri