Icma.az
close
up
RU
Əməkhaqqı ilə bağlı MÜHÜM YENİLİK Maaşlar ARTACAQ?

Əməkhaqqı ilə bağlı MÜHÜM YENİLİK Maaşlar ARTACAQ?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.
Eyni zamanda cari ilin 1 iyul tarixinə qədər əmək münasibətlərində ayrı-seçkiliyin və seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi gözlənilir.
Qeyd edək ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.
Saatlıq əməkhaqqının tətbiqi nəyi dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu barədə müzakirələr bir ilə yaxındır gedir:
“Azərbaycanda minimum əmək haqqının keçdiyi təxminən 20 qanun var. İndi bilmək olmur ki, bu 20 qanunun hamısında dəyişiklik olacaq, olacaqsa hansı formada olacaq?! Bununla belə saat hesabı işə keçid heç də asan deyil. Çünki, bizdə muzdla çalışanların sayı 1,7 milyondur. Onların da 900 mini dövlət sektorunda çalışır. Bu sahədə keçid asandır. Çünki bir qərarla bunu etmək olar. Amma dövlət sektorunda da müəyyən çətinliklər var. Məsələn, polis, həkim, yanğınsöndürən və digər peşə sahibləri saatla necə işləyə bilərlər?!
Özəl sektorda da saatlıq iş asan olmayacaq. Məsələn, sahibkar işçini müqavilədə göstərildiyindən artıq işlədərkən, dövlət ona necə müdaxilə edəcək? Bir sözlə saatamuzd işə keçidin xeyli çətinlikləri var. Amma bu keçid çalışanların əmək haqqına müsbət təsir edəcəksə, lap yaxşı... Yenə deyirəm, bu məsələ ilə bağlı açıq suallar çoxdur. Gözləyək görək, hökumət saatamuzd işlə bağlı nə təklif edəcək.  O zaman daha detallı müzakirə aparmaq olar”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri