Əməkhaqqı ilə bağlı YENİLİK Bu qaydada hesablanacaq
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son zamanlar saatlıq iş rejimi ciddi müzakirə olunur. Bir çoxları iddia edir ki, saatlıq iş rejimi işçiyə daha çox sərfəlidir ki, ikinci bir işdə də çalışsın.
Bunun əksini söyləyənlər də var. İddia edilir ki, işəgötürənlər saatlıq iş rejimində işçidən daha çox faydalanmağa, əvəzində isə daha az əməkhaqqı ödəməyə çalışacaq.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, əslində burada ciddi bir dəyişiklik gözlənilmir:
“Minimum əməkhaqqı olan 400 manatı 167 saata böləcəklər və bu olacaq saatlıq iş rejimi... Saata bölməyəndə də olur aylıq... Yəni burada elə bir ciddi dəyişiklik yoxdur. Doğrudur, bu məsələ ətrafında süni ajiotaj yaradılır.
Məndə olan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklif irəli sürür ki, həm saatlıq, həm də günlük minimal ödəniş sistemi qalsın. Belə olarsa, əməkhaqqının miqdarında prinsipial bir dəyişiklik olmayacaq”.
Surxay Atakişiyev, Bizim.Media
Baxış sayı:103
Bu xəbər 15 May 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















