Icma.az
close
up
RU
Əməliyyat başladı, bu şəxslər hədəfdə Milyonlar dövriyyədən belə çıxarılır

Əməliyyat başladı, bu şəxslər hədəfdə Milyonlar dövriyyədən belə çıxarılır

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov axtarışa verilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, onu çirkli pulların yuyulması faktına görə 7 ilə qədər həbs və bir milyon rubl cərimə gözləyir.

Ümumiyyətlə, blogerlər vasitəsilə çirkli pulların yuyulması hansı üsullarla təmin edilə bilər?

Xatırladaq ki, Azərbaycanda da bir çox tanınan bloger və tiktokerləe saxlanılıb. Onlardan bir neçəsi hələ də həbsdədir.

Globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov bildirib ki, bloger Hüseyn Həsənovla bağlı daha əvvəl də Rusiyada külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi başlanmışdı. Proseslə bağlı ətraflı məlumat verilməsə də, məlum oldu ki, məsələ hansısa formada sonlandırılıb:

“Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib. İttihamlar təsdiqləndiyi halda lazımi addımlar atılacaq və əməlləri cəzasız qalamayacaq.

Xəyal Bəşirov

Bu gün sosial şəbəkələr dünyada istənilən ölkədə cinayət törətməyə imkan yaradır. Yalnız blogerlər deyil, hər bir insan sosial şəbəkələr vasitəsilə çirkli pulların yuyulması, qanunsuz gəlir əldə edilməsi və digər cinayət halları ilə məşğul ola bilər. Sosial şəbəkələr üzərindən gəlir əldə edən şəxslərin çoxunda, xüsusilə blogerlərin, vergidən yayınma halları müşahidə olunur. Lakin, blogerlərin yüksək gəlir əldə etməsi tək başına cinayət deyil. Onlar sosial şəbəkələrin təqdim etdiyi imkanlardan düzgün istifadə edərək gəlir əldə edirlər. Əldə edilmiş gəlirdən vergi ödənişi etməklə və cinayət faktı qeydə alınmadığı müddətcə hər kəs qanuni şəkildə pul qazanmaq haqqı var. Bu, yeni dövrün reallığıdır.”

Hüquqşünas əlavə edib ki, Azərbaycanda da son zamanlar internet üzərindən baş verən cinayətlərin sayı artıb:

“Xüsusilə, çirkli pulların yuyulması və digər cinayətlərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür.

Azərbaycanda son vaxtlar vətəndaşların bank kartlarından külli miqdarda pulların oğurlanması halları artır. Bu sahədə mütəxəssislərin yetişdirilməsi və yeni innovativ texnologiyaların tətbiqinə ciddi ehtiyac var”.

Hüquqşünas Ramil Süleymanov isə məsələyə belə münasibət bildirib:

Ramil Süleymanov

“Çirkli pulların yuyulması konkret bir əməl dairəsi ilə məhdudlaşmır. Əslində, bu proses istənilən fəaliyyət vasitəsilə həyata keçirilə bilər. Cinayət yolu ilə əldə olunmuş əmlak və vəsaitlər banklar vasitəsilə nağdlaşdırılmadıqda, sosial şəbəkələr üzərindən hədiyyə formatında ötürülə, kriptovalyuta əməliyyatları vasitəsilə isə “leqallaşdırıla” bilər. Bloger Hüseyn Həsənovla bağlı artıq araşdırma başlanıb və yekun qərar hüquqi qaydada veriləcək.

Cinayətin törədilməsi şəxsin milliyyəti, cinsiyyəti və ya dini mənsubiyyəti ilə əlaqəli deyil. Cinayət, daha çox insanın daxili xüsusiyyətləri – nəfsi, davranışı və xarakteri ilə bağlıdır. Əgər Azərbaycan hüquq-mühafizə orqanlarında bu və ya digər blogerlə bağlı şübhələr varsa, onlar dindirilməli və maliyyə əməliyyatlarının aparıldığı bank hesabları yoxlanmalıdır”.

Hüquqşünasın fikrincə, burada mühüm bir hüquqi prinsipə təqsirsizlik prezumpsiyasına riayət olunmalıdır:

“Hər hansı şəxsin barəsində istintaqın aparılması onun dərhal cəmiyyət qarşısında “cinayətkar” kimi təqdim olunması demək deyil. Əgər ictimai rəy bu istiqamətdə formalaşarsa, nəticə etibarilə həmin şəxs üçün əks-təsir yarana bilər. Həmin şəxsin tam bəraət alma ehtimalı da var. Buna görə də hüquqi prosedurlara hörmətlə yanaşmaq vacibdir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri