Əməliyyat keçirildi: Bələdiyyə sədri və müavini saxlanıldı
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən eyni vaxtda həyata keçirilən əməliyyatlarda Akdeniz Bələdiyyə Başçısı Hoşyar Sarıyıldız, Bələdiyyə sədrinin müavini Nuriyə Arslan və DEM Partiyası Divan üzvləri Özgür Çağlar, Neslihan Oruç, Yakup Danış və Hikmət Bakırhan saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə DEM Partiyası Mersin Millət vəkili Əli Bozan sosial media hesabında açıqlama verib.
“Mersin Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində DEM Partiyası bələdiyyə sədrləri və məclis üzvlərinə qarşı əməliyyat keçirilib. Şübhəlilər “Terror təşkilatının təbliğatını aparmaq”, “Silahlı terror təşkilatına üzv olmaq”, “Terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” qanunu pozmaq və terrorçuluğa qarşı mübarizə maddələri ilə aparılan istintaq çərçivəsində saxlanılıblar”, - Əli Bozan bildirib.
Yaxın saatlarda bələdiyyəyə qəyyum təyin ediləcəyi gözlənilir.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Yanvar 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















