Əməliyyat olunan Natiq Dağlaroğlunun ölüm xəbəri yayıldı
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müğənni Tacir Şahmalıoğlu ölüm xəbəri yayılan tamada Natiq Dağlaroğlunu xəstəxanada ziyarət edib.
Axşam.az xəbər verir ki, sənətçi onun əməliyyat edildiyini və hazırda durumunun yaxşı olduğunu deyib:
"Sosial şəbəkələrdə Natiq Dağlaroğlunun ölüm xəbəri yayıldı. Yalan xəbər verəndə, bunların araxada ailəsi, qohumları olduğunu nəzərə alın. Natiq Dağlaroğlu yüngül əməliyyat olunub. Yayıblar ki, rəhmətə gedib. Burada pis nəsə yoxdur, ömrünü uzadıblar. Natiq yaxşıdır, salamatdır. Bir-iki günə evə buraxılacaq".
N.Dağlaroğlu isə "Övladım elə formada zəng etdi ki... Ağlayır ki, ata, yazıblar dünyanı dəyişmisən. Yaxşıyam" sözlərini əlavə edib.
Qeyd edək ki, N.Dağlaroğlu bir müddət əvvəl toyda bıçaqlanma xəbəri ilə gündəmə gəlmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 16 İyul 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















