Əməliyyat olunan pasiyentdən ŞOK AÇIQLAMA: Məni biabır etdilər, şikayət edəcəyəm
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Əməliyyat olunan pasiyentin çılpaq halda çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılıb.
News24.Az xəbər verir ki, həmin kadrların qəhrəmanı Xəzər TV-yə danışaraq başına gələnləri açıqlayıb. Onun sözlərinə görə, görüntülərin yayılması həm maddi, həm də mənəvi zərərə səbəb olub:
"Bunu edənlər məni biabır ediblər. Hazırda Azərbaycanda deyiləm, amma gələn kimi şikayət edəcəyəm. Videonu görəndə xəstəxanaya müraciət etdim, mənə isə "hara istəyirsən şikayət et" dedilər. Mən narkozda idim, heç nə anlamırdım. Kadrlar iyunun 15-də əməliyyata girdiyim vaxt çəkilib və görüntüləri klinikanın rəhbəri Xəyalə İsmayılova çəkib. O, Gülbadə Abdullayeva ilə mübahisə etdiyinə görə videonu yayıb. Mənə dəyən zərərin qarşılanmasını tələb edirəm".
Qeyd edək ki, sözügedən görüntülər avqustun 19-da lisenziyasız fəaliyyət göstərən "UĞUR Estetik Mərkəzi 777"dən yayılıb.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Avqust 2025 01:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















