Əməliyyat zamanı TikTokda canlı açan cərraha xəbərdarlıq edildi
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Əməliyyat zamanı TikTokda canlı yayım edən cərraha xəbərdarlıq edilib.
Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb.
"Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib", - açıqlamada bildirilib .
Qeyd edək ki, "National Prime Hospital"ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı TikTokda canlı yayım açıb.

Əməliyyat zamanı canlı yayım açan həkimlərə XƏBƏRDARLIQ
14 Aprel 2025 12:46
Əməliyyat zamanı canlı açan həkimin də lisenziyası ləğv edildi
06 Fevral 2025 14:42
Azərbaycanda TİKTOKda BÖYÜK ƏMƏLİYYAT: Azər Zahid və digərləri saxlanıldı
23 Dekabr 2024 22:51
TikTokda əməliyyat: Zəhra Abbasova və Tamilla Mehdiyeva da həbs olunub
27 Dekabr 2024 17:49
Əməliyyat zamanı canlı yayım açan cərrahlarla bağlı mühüm açıqlama
04 Yanvar 2025 11:10

