Icma.az
close
up
RU
Əməllləri ilə özünü sübut edərək seçici sevgisini qazanan xanim

Əməllləri ilə özünü sübut edərək seçici sevgisini qazanan xanim

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daşqalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilirmi nə günah eylər?!

Xalq şairimiz Ramiz Rövşən 13 il əvvəl bu misraları qələmə alarkən sanki Sizə ithaf edibmiş həmin şeiri. İllər sonra yaşanacaqları, baş verəcəkləri görüb qələmə alıbmış. Bəli, doğurdanda 2024-cü ilin parlament seçkiləri ərəfəsində Sizə hər yerindən duran bir daş atmağa çalışdı, Tənzilə xanım. Özü də həmin daşlar öz “rəngarəngliyi”, müxtəlifliyi ilə seçilirdi. Siyasi, dini, yaxud bir başqa istiqamətdən gələn daşlar. Ən acısı, təəssüf doğuranı o daşların təkcə düşmən tərəfindən deyil, həm də “dostlar” tərəfindən atılması idi. O dostlar ki, müstəqil Azərbaycan, suveren ölkə uğrunda mübarizəyə qoşulan zaman həmin “dostlar” Sizinlə, Sabir bəylə (Sabir Rüstəmxanlı) eyni safı bölüşən, eyni cərgədə dövlət və dövlətçilik naminə mübarizə aparanlar idi. İndi isə həmin “dostlar” üçün dövlət və dövlətçilik anlayışı arxa plana keçmişdi. Hədəf Tənzilə Rüstəmxanlı idi. Məqsəd Tənzilə Rüstəmxanlını seçki mübarizəsində uduzdurmaq idi. Bunun üçün kimlərlə əməkdaşlığa getmədilər ki. Feministlərdən tutmuş LGBT-yə, erməni maraqlarına xidmət edən xarici siyasi dairələrdən, daxildəki pozucu qüvvələrə qədər hər kəsi səfərbər etdilər Tənzilə Rüstəmxanlıya qarşı. Ancaq atalar yaxşı deyib. “Haqq nazilər, üzülməz”. Üzülmədi də. Sonda haqq, ədalət, vətəndaş mövqeyi, seçici səsi qalib gəldi.
Seçkidən sonra da Sizə qarşı hücumlar ara vermədi. Bu dəfə daşlar dini kontekstdən atılırdı. Tənzilə Rüstəmxanlının hansısa toplantıda, məclisdə, yaxud müsahibədə söylədiyi fikirləri kontekstdən çıxararaq Onu dinsiz, kitabsız kimi qələmə verməyə çalışırdılar. Halbuki, Ramiz Rövşənin təbirincə desək Tənzilə Rüstəmxanlının bir əlində daş vardı, birində isə Quran. Ancaq Onun əlində olan daş ziyanverici, dağıdıcılıq üçün deyil, quruculuq, abadlıq naminə idi. Tənzilə xanım daşı əlinə məhz quruculuq, abadlıq işləri, başladığı müqəddəs missiyanı həyata keçirmək üçün götürmüşdü. Quran isə Onun dinə, imana bağlılığı, sayğısından irəli gəlirdi və Tənzilə xanım daşla Quranın vəhdətini təmin etmişdi. Ötən bir ilə yaxın müddətdə müqəddəs məkanlarımız, Neftçala rayonunda uzun illər diqqətdən kənarda, baxımsız vəziyyətdə qalmış məscidlərimiz, pirlərimiz, digər inanc yerlərimizin Tənzilə xanımın təşəbbüsü ilə yenidən qurulması fonunda bunu aydın görmək mümkündür. Bu günlərdə ata-baba yurdumda olarkən dediklərimin əyani şahidi oldum. Sonuncu parlament seçkilərində ziyarət etdiyim İmam Zaman Aga məscidinin görkəmini mübaliğəsiz desək tanımadım. 1993-cü ildə inşa olunmuş İmam Zaman Ağa məscidi uzun illər idi ki, baxımsız vəziyyətdə qalmışdı. Rayonun inanclı insanları, mömün vətəndaşlar məsciddə ibadət zamanı müəyyən çətinliklərlə üzləşirdilər. Məscidin dam örtüyünün yararsız olması xüsusilə yağışlı havalarda ibadət əhli üçün problemlər yaradırdı. Millət vəkili Tənzilə Rüstəmxanlı seçici istək və qayğılarını nəzərə alaraq qısa müddətdə sözügedən məkanın təmir və yenidən qurulmasına öz köməkliyini göstərir və məscid Tənzilə xanimin təşəbbüsü ilə təmir olunur. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, xanım deputat təmir müddətində bir neçə dəfə müqəddəs məkanlara baş çəkərək təmir bərpa işləri ilə yaxından tanış olub, iş icrası prosesində çatışmayan məqamlarla maraqlanıb və onları da qısa müddətdə həll edib.
Göründüyü kimi, son illərə qədər çox bərbad olan müqəddəs məkanlar, məscidlər, pirlər Tənzilə xanımın təşəbbüsü ilə təmir edildikden sonra insanlar rahat şəkildə ora gelib ibadətlərini edir, müqəddəs Ramazan ayında iftar zamanı birlikdə yığılıb iftar açir, birgə teraveh namazlarını icra edirlər. İllərlə təmirsizlik, rahatsızlıq səbəbindən yiyəsiz qalan müəqddəs məkanlarımız, pirlər, ocaqlar indi qonaqsiz olmur. Ümumiyyətlə, deputat seçildiyi gündən etibarən Tənzilə Rüstəmxanlı seçicilərinin müraciətləri əsasında rayonun kənd və qəsəbələrində vətəndaşları narahat edən bir sıra məsələlərin həllinə çalışır, həmin problemlərin qısa zamanda aradan qalxması istiqamətində müvafiq addımlar atır. Ümid edirəm ki, seçki dönəmində Tənzilə xanıma müxtəlif cəbhələrdən daş atanlar ötən bir ilə yaxın mddətdə Onun Neftçalamız üçün gördüyü işlərə nəzər yetirərək yalnış yolda olduqları qənaətinə gələcək, bundan sonra xanım deputata daş atmaq deyil, gördüyü işlərə dəstək olacaq, Neftçalamızın xoş gələcəyi üçün qoyulan hər bir daşın altına çiyinlərini verəcəklər.
Susana Məmmədova
“Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Aprel 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri