Icma.az
close
up
RU
Emi Karlon ABŞ Azərbaycan iqtisadi əməkdaşlığının genişlənməsini vurğulayıb

Emi Karlon ABŞ Azərbaycan iqtisadi əməkdaşlığının genişlənməsini vurğulayıb

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 17-də Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) aylıq Üzvlər Naharı keçirilib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya məlumat verilib.

Tədbirdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon, Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə baş məsləhətçisi Rebeka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Avropa və Avrasiya üzrə ölkə meneceri Sara Leminq iştirak ediblər.

Qeyd edilib ki, AmCham Azərbaycan ölkədə kommersiya əlaqələrinin inkişafında və ABŞ özəl sektorunun Azərbaycandakı fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır.

“ABŞ və Azərbaycan hökumətləri fevralın 10-da vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının icrası istiqamətində fəal iş aparırlar. Əsas çıxışında Müvəqqəti işlər vəkili Karlon regional bağlantıların genişləndirilməsi, o cümlədən enerji, ticarət və tranzit sahələrində əməkdaşlıq, iqtisadi investisiyalar — xüsusilə süni intellekt və rəqəmsal infrastruktur — eləcə də təhlükəsizlik sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində görülən işləri vurğulayıb. Xanım Neff və USTDA nümayəndə heyətinin səfəri də bu səylərin tərkib hissəsidir və məqsəd Azərbaycanla birgə konkret layihələr hazırlayaraq ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdır”, - məlumatda vurğulanıb.

Müvəqqəti işlər vəkili Karlon Azərbaycanın regional nəqliyyat və yükdaşıma mərkəzi kimi böyük potensiala malik olduğunu qeyd edib və hər iki ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işləri vurğulayıb. Bu səylərin qarşılıqlı investisiyaların və ticarətin artmasına, eləcə də ümumi rifahın yüksəlməsinə töhfə verəcəyi bildirilib. O, ABŞ–Azərbaycan münasibətlərinin inkişafına verdiyi uzunmüddətli töhfələrə görə AmCham-a təşəkkürünü bildirib.

“Tramp Administrasiyası dövründə biz iqtisadi diplomatiyaya və qarşılıqlı rifah yaradan razılaşmalara xüsusi önəm veririk”, - Emi Karlon qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Aprel 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri