Emil Bədəlov: Yarışmada iştirak edən gənclər münsiflərdən yaxşı oxuyurlar
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Efirlərdə gec-gec görünən müğənni Emil Bədəlov qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan Emil, musiqi yarışmalarından danışıb.
Emil iddia edib ki, yarışmaya qatılan iştirakçılar, münsif kürsüsündəki sənətçilərdən daha yaxşı ifalar edirlər:
"İndi də bir neçə müsabiqə keçirilir. "Səs Azərbaycan"da çox istedadlı ifaçılar var. Hətta onlar yarışmanın münsiflərindən daha yaxşı ifa edirlər. Məncə onlar münsiflər heyəti olsa daha yaxşı olar. "
Xatırladaq ki, "Səs Azərbaycan 2025"-in münsif kürsüsündə Xalq artistləri Röya Ayxan, Zülfiyyə Xanbabayeva, bəstəkar-müğənni Murad Arif və "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov yer alır.
Aysel
Baxış sayı:88
Bu xəbər 06 Mart 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















