Emil Mustafayev: “Atamla məsləhətləşdim və Ukraynada qalmağa qərar verdik”
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev "Polesye"dən "Çernomorets"ə keçidi haqda danışıb. Sport24.az xəbər verir ki, futbolçu başqa klublardan da maraq dairəsində olub. Ancaq Odessa təmsilçisinin təklifini daha məqbul sayıb:
"Digər klublardan da təkliflər var idi, lakin bütün müsbət və mənfi cəhətləri ölçüb-biçdikdən sonra "Çernomorets"i seçmək qərarına gəldik. Bu komandaya kömək etməyə çalışacağam. "Çernomorets"in mənimlə maraqlandığını bilirdim. Bu anda hər şey mənə uyğun gəlir".
Milli üzvü Azərbaycana dönə biləcəyini də istisna etməyib:
"Atamla məsləhətləşdim və Ukraynada qalmağa qərar verdik. Amma bu o demək deyil ki, mən Azərbaycandan olan variantları ümumiyyətlə, nəzərdən keçirmirəm. Hazırda "Çernomorets"dəyəm və bu komandada çalışacağam. Gələcəkdə nə olacaq, bunu zaman göstərəcək".
Qeyd edək ki, 23 yaşlı futbolçu Azərbaycan millisinin heyətində 5 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 11 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















