Emin Ağalarov Krokus Siti Holl un bərpa olunub olunmayacağını açıqladı
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva yaxınlığındakı Krasnoqorskda terror aktı nəticəsində dağıdılan "Krokus Siti Holl" konsert zalının gələcəyi qeyri-müəyyən olaraq qalır.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "Agalarov Development" şirkətinin prezidenti, Azərbaycanın Xalq artisti Emin Ağalarov deyib.
Onun sözlərinə görə, hazırda bina bərbad vəziyyətdədir və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov artıq onu bərpa etmək planının olmadığını bəyan edib.
Ağalarov onu da qeyd edib ki, hətta onun atası, "Krokus Qrup"un sahibi Araz Ağalarov zalı yenidən tikmək qərarına gəlsə belə, bunun üçün böyük maliyyə xərcləri – on milyonlarla dollar tələb edir.
O, "Krokus Siti Holl"un hər zaman kompleksə ziyarətçilərin cəlb edilməsində mühüm rol oynadığını, lakin biznes baxımından bunun sərfəli olmadığını vurğulayıb. RİA Novosti xəbər verir ki, hətta ən uğurlu ildə də konsert zalının gəliri cəmi bir milyon dollara yaxın olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Fevral 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















