Emin Ağalarov Sea Breeze dəki hadisədən YAZDI
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Sea Breeze" ərazisində yerləşən akvaparkda dünən baş verən faciəvi hadisə nəticəsində uşaq həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı "Sea Breeze"nin rəhbəri Emin Ağalarov açıqlama verib. O, özü və bütün komanda adından uşağın ailəsinə başsağlığı verib.
Açıqlamada bildirilib ki, hazırda hadisənin bütün halları, o cümlədən uşağın su nasoslarının yerləşdiyi texniki zonaya necə düşməsi araşdırılır. Sea Breeze rəhbərliyi istintaqa hərtərəfli yardım göstərdiyini qeyd edib.
Emin Ağalarov vurğulayıb ki, uşaqların və böyüklərin təhlükəsizliyi Sea Breeze üçün əsas prioritetdir. Onun sözlərinə görə, kurortun bütün əraziləri və obyektləri Fövqəladə Hallar Nazirliyi və müvafiq qurumlar tərəfindən mütəmadi yoxlanılır.
Hadisədən sonra akvaparkda bütün təhlükəsizlik tədbirlərinin əlavə olaraq yenidən yoxlanılacağı və gücləndiriləcəyi bildirilib.
Emin Ağalarov ailəyə bütün lazımi dəstəyin göstəriləcəyini də qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 15 Avqust 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















