Emin Ağalarovdan Sea Breeze lə bağlı MÜHÜM AÇIQLAMA
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sea Breeze" layihəsinin ilkin master-planının dəfələrlə yenilənməsinə baxmayaraq, layihənin təxminən 50 faizi artıq həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Sea Breeze” şirkətinin təsisçisi və baş icraçı direktoru Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda layihə ərazisində tikinti işləri geniş vüsət alıb və layihənin beynəlxalq investisiya xəritəsində də öz yerini tutacağı gözlənilir.
Emin Ağalarov “Sea Breeze”də əldə olunan təcrübənin daha böyük miqyasda, o cümlədən digər regionlarda həyata keçiriləcək layihələr üçün model kimi tətbiq oluna biləcəyini vurğulayıb.
Onun sözlərinə görə, “Sea Breeze” üçün əsas hədəflərdən biri müasir şəhərsalma konsepsiyasına uyğun yeni şəhər modeli yaratmaqdır. Layihədə yaşıl enerjidən istifadə, təhlükəsizlik və müasir memarlıq həlləri əsas istiqamətlər sırasındadır:
“Dünyada sıfırdan yeni şəhərlərin salındığı layihələr çox deyil. Azərbaycanda isə düzgün master-plan, dizayn və planlaşdırma ilə belə bir şəhər yaratmaq mümkündür”, - deyə Emin Ağalarov bildirib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 26 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















