Icma.az
close
up
RU
Emin Ağalarovun Qarabağa səfərində mühüm detal Ekspert xüsusi məqamları açdı

Emin Ağalarovun Qarabağa səfərində mühüm detal Ekspert xüsusi məqamları açdı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tanınmış müğənni və iş adamı Emin Ağalarovun Qarabağa səfəri ictimaiyyətin diqqətini çəkib. Paylaşılan görüntülərdən məlum olur ki, sənətçi bu dəfə bölgəyə sırf turizm və biznes məqsədilə yollanıb. Xüsusilə Xocavənd rayonu ərazisindəki qədim tarixi tikililərlə tanış olan Emin Ağalarov həmin obyektlərin butik otellərə çevrilməsi imkanlarını araşdırıb. Mütəxəssislər hesab edir ki, bu kimi təşəbbüslər təkcə bölgənin turizm potensialının inkişafı üçün deyil, həm də əhalinin geri qayıdışını və məşğulluğunu stimullaşdıra bilər.

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Emin Ağalarovun Qarabağa səfərini müsbət dəyərləndirib.

O deyib ki, Emin Ağalarovun Qarabağa turistik səfəri, bunu ictimai şəkildə təqdim etməsi və kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırması təqdirəlayiq addımdır:

“Çünki indiyədək bir çox azərbaycanlı sahibkar Qarabağa səfər edib və aralarında orada real işlər görənlər də var. Lakin təəssüf ki, bu fəaliyyətlərin əksəriyyəti cəmiyyətə açıq şəkildə təqdim olunmur. Sahibkarların çoxu həyata keçirdikləri layihələr barədə ictimaiyyətə geniş məlumat verməkdən çəkinirlər. Bu mənada Emin bəyin təşəbbüsü digər sahibkarlar üçün həm örnək, həm də stimuldur”.

Ramil Osmanlı

Ramil Osmanlı bildirib ki, digər tərəfdən, Qarabağın bərpası və quruculuğu ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrin icrası çərçivəsində iş adamlarının, xüsusilə böyük sahibkarların bu bölgəyə cəlb olunması prioritet məsələdir:

Qarabağ bölgəsi turizm potensialı baxımından olduqca zəngindir. Eləcə də digər sahələrdə – kənd təsərrüfatı, sənaye və xidmət sektoru üzrə sahibkarlığın inkişafı üçün real imkanlar mövcuddur. Bu cür səfərlər və layihələr təkcə iqtisadi deyil, həm də sosial baxımdan əhəmiyyətlidir. Çünki əhalinin bu ərazilərə qayıdışı, orada yeni iş yerlərinin açılması, məşğulluğun təmin olunması və sahibkarlığın şaxələndirilməsi baxımından təşviqedici rol oynaya bilər. Bu səbəbdən Emin Ağalarovun belə addımı yüksək qiymətləndirilməlidir və arzuolunandır ki, bu cür təşəbbüslər davamlı olsun. Digər sahibkarlar da eyni nümunədən ilham alaraq Qarabağın dirçəlişinə öz töhfələrini versinlər”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri