Icma.az
close
up
RU
Emin Ağalarovun qurduğu 5 ulduzlu şəhər

Emin Ağalarovun qurduğu 5 ulduzlu şəhər

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Emin Ağalarovun ismi bəlkə də bəzilərində “tusovka gənci” epiteti ilə assosiassiya olunur. Yəni Azərbaycan cəmiyyətində oliqarx balasının hansı obrazı varsa, Emini də aşağı- yuxarı həmin obrazda qəbul edənlər var. 

Bəli, kifayət qədər zəngin ailədə doğulub, atası böyük biznesə malik ciddi iş adamıdır. Ehtiyacın nə olduğunu bilməyib, “premium” paketinə daxil olan bütün imkanlar Emin üçün həmişə əlçatan olub. Bəlkə də bu kateqoriyaya aid bir uşağın gəncliyini o zaman təsəvvür edənlər şıltaqlıqlarla müşayət olunacaq bir həyat göz önünə gətiriblər. Amma Emin tamam başqa bir yolu seçdi. Atanın qazandıqlarını əyləncələrə, eyş- işrətə xərcləmədi, əksinə, gənc yaşlarından böyük biznes imperiyasının bir parçasına çevrildi və tədricən də həmin imperiyanı gələcəyə daşıyacaq zəka sahibi kimi işlərin başında dayandı. Bəlkə də başqası olsaydı bu qədər varidatla çox az bir müddətdə özünü Moskvanın gözqamaşdıran əyləncə həyatına təslim edə, pis vərdişlərə qurşana və beləliklə də tamamilə məhv olub gedərdi. Azmı olub belələri?..

Emin gənc yaşlarından atasının qurduğu şirkətlərdə fəhlə kimi işləməkdən belə çəkinmədi. Bir sözü ilə ayağına dünyaların sərilə biləcəyi halda, o, addım-addım irəlilədi, ağır işlərin altına çiyin verdi,yeni və unikal layihələr üzərində işləyərək, ümumi işə töhfələr verməyə başladı. Bu gün artıq dünyaca məşhur iş adamı, nəhəng layihələrin müəllifidir. Onun dəniz kənarında ərsəyə gətirdiyi, tədricən dəniz üzərinə də keçid edən “Sea Breeze” adlı fantastik layihəsi sözsüz ki, təkcə böyük maliyyə yatırımlarının hesabına deyil. Böyük pulları da doğru-düzgün xərcləmək, yəni pulun üstünə pul gətirmək üçün də zəkaya ehtiyac duyulur. 

Eminin dərin zəkasının, idarəçilik məharətinin, yüksək intellektinin, yeni çağırışlara cavab verən ideyalarının nəticəsidir ki, Xəzərin sahilində yeni və “5 ulduzlu” şəhər yaranır. Bu həm də minlərlə yeni iş yerləri, sahibkarlara əlavə və bənzərsiz gəlir platforması deməkdir. Emin həm də ona görə uğurludur ki, o, öz işinin həm rəhbəridir, həm də fəhləsi. Sosial şəbəkələrdə yəqin ki, tez-tez görürsüz, Emin hər gün öz işinin başında, fəhlələrin yanındadır. Onun məşhur “obxod” videolarından da göründüyü kimi, sözügedən meqa layihənin rəhbəri olan şəxs hər gün əlində bel torpaqla əlləşir, traktorun belində yeni tikilinin təməlinin qoyulması prosesində iştirak edir, istifadəyə hazır olan binalara baxış keçirərək, ən xırda elementlərə belə diqqət yönəldir. 

Diqqətçəkən həm də odur ki, Emin bütün bu işləri video formatda, müasir dildə desək, layfxaklar, podkastlarla şəxsən təqdim edir. Yəni onun bütün işləri konseptualdır. Həm məharətlə yaradır, həm də ustalıqla nümayiş etdirir. Burada yaradıcı adamın yanaşması da öz sözünü deyir. Emin həm də musiqi adamıdır, bəstəkardır, yəni yaradıcıdır. Bu keyfiyyəti də ona layihələrini zövqlə ərsəyə gətirməyə imkan verir. 

“SEA BREEZE” doğrudan da heyrətamiz bir layihədir və Eminin sayəsində dünyada “ davay sbejim v Baku” , “gəl Bakıya qaçaq” deyənlərin sayı artır. 

Nicat Dağlar
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://missiya.az
archiveBu xəbər 28 Fevral 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri